Hər bucaqdan ali ustad jurnalist

Azərbaycan jurnalistikasının aparıcı simalarından biri olan Daşdəmir Əjdəroğlunun adı orijinal düşünən, müstəqil zəkalar sırasında çəkilir. Necə deyərlər, o bu peşə üçün doğulub. Dostları deyir ki, Daşdəmirdə möhkəm qəzetçi damarı var…
Daşdəmir Əjdəroğlunu “Ədalət” qəzetində məsul katib işlədiyi dövrlərdən tanıdığımdan bu uzun illər boyunca onu dost olaraq qismən müşahidə edə, yaxından tanıya bilmişəm. Ustad – deyə müraciət etdiyimiz bu gözəl insanı xarakterizə edən onun güclü psixoloji duyuma, əqlə, idraka, uzaqgörənlik əlamətlərinə qadir olmasıdır.
Jurnalist Daşdəmir Əjdəroğlunun davranışlarında müşahidə etdiyim, fərqli mənəvi intuisiya, yəni dərin duyğu, həssaslıq, adamları tanımaqda yanılmazlığı onun fövqəlliyinə işarə edir.

Zahirən sakit, adi görünən görkəmli qələm adamı Daşdəmir…

Ad insanın taleyini müəyyənləşdirir. Bəli, o, daş kimi möhkəm, dəmir kimi əyilməzdir. Zahirən sakit, adi görünən bu qüdrətli qələm adamı, əslində xüsusilə möhkəm xarakterlidir. Ardıcıllıq onun həyat qayəsinə çevrilib; jurnalistlik fəaliyyətində, yazılarında və hətta qohumları ilə münasibətində əxz olunur.
Adi görünən Daşdəmir Əjdəroğlunun aliliyinin açarı onun fitrətən əsl mütəxəssis olmasının göctəricisidir, zəhmətkeşdir, öz üzərində daim ciddi işləyəndir. Türk kişisinə xas olan ali keyfiyyətləri sırasında D.Əjdəroğlunun xanımlara ehtiramla yanaşması gözdən qaçmır. Yəni, o, həm professional jurnalist, həm də insan olaraq bütövdür:
1. Azərbaycan-Türk kişisinin hərəkətlərini şəxsiyyətində ehtiva edir.
2. Xüsusilə milli ruhludur. Ali kateqoriyalı vətəndaş simvollarının daşıyıcısıdır.
3. Dövlətçidir. Azərbaycanın bayrağı, gerbi, himni, xəritəsi bilavasitə Prezidenti onun üçün çox dəyərlidir.
4. Vətənpərvərdir. Ağsaçlı Vətən torpaqları uğrunda canını verər. Lazım gələrsə, əldə silah Qarabağa gedər.
Yəni jurnalist Daşdəmir Əjdəroğluna hansı bucaqdan baxsan, o, universal, dərin və hərtərəflidir. Həm qohum, həm dost, həm də həmkar kimi… hərtərəflidir. Bütün qabiliyyətləri öz işıqlı şəxsiyyətində birləşdirib.
D.Əjdəroğlunun istedadına paxıllıq etməməyə ağlı çatanlar jurnalist Daşdəmirin dərin və hərtərəfli biliyinə, bütün məsələlərdən məlumatlı olmasına, yazılarını ümumiləşdirib, düzgün nəticə çıxarmasına, epizodların ardıcıllığına heyrət edir! O, ən kiçik informasiyanın əks mənbədən səhihliyinə dəlalət edən meyllərin yoxlanılmasını ustalıqla təcrih edir.
Jurnalist Daşdəmir Əjdəroğlu zirvəsində ölkədə və dünyadakı siyasi vəziyyəti, ictimai rəyin ruhunu düzgün təhlil edən örnəklə fəxr etmişik, ondan öyrənmişik! Daşdəmirlə yaxın ünsiyyətdə olan hər kəs bu azman jurnalistin sevgi tilsiminə düşür. Örnək sözü ilə onunla nəfəs-nəfəsə çalışan kollektivinə və hətta baş redaktorunun mənəvi aləminə, insanlığına, daxili zənginliyinə şəkk etmir (etmirik).

Jurnalist Daşdəmir Əjdəroğlunun özünəməxsus, aydın dəsti-xətti var. Dağ çiynində atasının adı vahidləşib. Günəş boyda istedadının xəzinə bulağı Basqaldan püskürüb. Torpağının dağ zirvələrində ayaq basılmaz müqəddəs, pak, həmişəyaşıl meşələr Ulu göyə bir sərv kimi ucalır.
Basqal güvəniləcək məkandır. Bulaqlarının qaynağı öpüləcək, biət olunacaq, səcdəyə gediləcək pir yerləridir. El gücünün ruh gücü Basqaldadır.
Budur! Jurnalistin xalası, BDU-nun ingilis dili müəllimi, dosent əvəzi Şölə xanım Şirəliyeva ilə daşlı yolla irəliləyirik. Yol bizi Daşdəmir Əjdəroğlunun baba yurduna aparır. Xan çinar yolumuzun üstündədir. Yaşı bəlkə də əsrləri aşar… Önündə fotoçəkiliş edirəm. Kökünün sanbalı, budaqlarının Ulu Göyə millənən şaxələri adamı arxada qalan qədim əyyamlara aparır: “Neçə-neçə ulularımız, ulu babalarımız xan çinarın qonağı olub. Sevənlərin görüş yeri xan çinar! Sənin önündən kimlər keçdi?! Neçə sarvan, neçə karvanla (karvanlarla) önündən keçdi?! Kimlərə kölgəli çətir oldun?!
Xan çinar! Neçə qanlı qəzaya şahidlik etdin?! Neçə-neçə igid kürəyini əənə dayadı, arxalandı… Mənə arxada qalan əsrlərdə baş verənlərdən danış! Bircə-bircə, nağıl kimi nəql et!
Nə xoşbəxtdir Basqalın adamları. Dağların ovcunda mətin dayanan Basqal.
Basqal – zamanın, yaddaş nəhrində Babadağın ətəklərinə söykənən qayaların bağrındakı qədim insanların mağara – yurdunu küləkləyir. Sanki, qəfildən yel əsir, qızılı xəzəli sovurur… Bizlərdə deyərlər ki, “şeytan gəlin köçürür”.
Deməli, ayıq ruhlar, Basqalı basqınlardan qoruyan güzərgah mələkləri yeri-göyü bu qədim yaşayış məskəninə gələn qəribdən xəbər ismarlayır(lar).
Budur! Basqalın qədim məhəllələrindən biri olan Dərəməhəllədə Əjdər kişinin mənzilindəyik. Bura mənzil – güzərgahdır. Üzü həmişə yaşıl meşəli dağlara açılan pəncərələrdən boylanmaq gözlərimizi rahatladır, zehnimizi açır. Daşdəmir Əjdəroğlunun güzərgah evləri filmlərdə bənzəri olmayan abidə – memarlıq incisi sərgiləyir…
Nə xoşdur belə müqəddəs auralı evdə yaşamaq… Güzərgahın nuru transfer olunanda, həmin məkanın övladlarına bioloji tellərlə köçür, ruhuna hopur.
Halallığın, insanlığın qaynağı Basqal! Sənin qoynunda pərvəriş tapan oğul övladın XXI əsrin pak ruhunu Qələmilə gələcəyə ötürür…
Allah Daşdəmir müəllimin Xanım anası Saniyə xanıma, xalası Maniyə xanıma rəhmət eləsin!
Allah Daşdəmir müəllimi xoşbəxt eləsin! Adını çiynində daşıdığı, Qələmində tanıtdığı Əjdər kişiyə cansağlığı versin! Yüz yaşasın. Qardaşı Qəmbər müəllim, bacıları Badamxanım və Nazxanım bizim sevimli Daşdəmir müəllimin həyat qaynaqlarıdır… Onların hər biri bizim ustadın qayğısını çəkir(lər).

ustadımıza dərin inam duyduran, minnətdarlıq ifadə edən.
Natella Asena,
“Z
ər qalası” qəzeti

Şərh Yaz