Partiyanın lider olacağına əminlik

YAP İsmayıllı rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun səhiyyə işçiləri ilə növbəti görüşünü keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova bildirib ki, bələdiyyə seçkiləri ölkəmizin siyasi həyatında mühüm yer tutur: “İnanırıq ki, seçicilərimizin hər biri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.

Tədbirdə həmçinin partiya fəalları çıxış edərək rayonda bələdiyyə seçkilərinin ədalətli, şəffaf, seçki qanunvericiliyinə uyğun formada həyata keçirilməsi məqsədilə təbliğat-təşviqat işlərinin uğurla yekunlaşacağını və bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinin qalib gələcəyinə əmin olduqlarını bildiriblər.

İlqar Əhmədli

 

Şərh Yaz