Qolunuza qüvvət

Bakı şəhərində 14-15 dekabr 2019-cu il tarixlərində “Qol güləşi” İdman Klubunda adı çəkilən idman növü üzrə ölkə kuboku uğrunda yarışlar keçirilib.

İsmayıllı rayonunu təmsil edən idmançılarımızdan 50 kiloqram çəki dərəcəsində  Musa Rövşən ikinci, Nihad İsgəndərov üçüncü yeri tutub. Həmyerlilərindən çəkidə 5 kiloqram ağır olan Ramil Seyidzadə fəxri kürsüdə hamıdan yüksəkdə durub. Ağır çəkilimiz Nicat İsgəndərov 70 kiloqram çəki dərəcəsində ikinci yerlə kifayətlənməli olub.
Məşqçi müəllim Vüsal Qəzənfərov bu idman növünün inkişafındakı xidmətlərinə görə federasiyanın xüsusi diplomuna layiq görülüb.

R.Rəbov

 

Şərh Yaz