Ucqar kəndə müəllim sevgisi

nyada göl peşər kifayət qərdir, lakin bün peşərin fövqündə dayanan müddəs bir peşə var. Bu, müəllimlikdir. Müəllim elm, bilik xəzinəsinin qapı insanların üan bir varlıqdır.

Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlardan biri də Sona Salehovadır.

S.Salehova 1997-ci ildə İsmayıllı rayonunda anadan olub. 2014-cü ildə  İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbini bitirib. Elə həmin il Azərbaycan Pedaqoji Universitetinin riyaziyyat-informatika fakültəsinə qəbul olub. 2018-ci ildə universiteti bitirən Sona Salehova Müəllimlərin İşə Qəbulu üzrə (MİQ) müsabiqəsində iştirak edərək  48.195 bal toplayıb. Təklif olunan vakansiyalar arasından İsmayıllı rayonunun Xankəndi kənd tam orta məktəbinə düşüb. Hazırda ikinci ildir ki, adı çəkilən kənddə müəllim kimi çalışır.

S.Salehova düşünür ki, gənc müəllimlərin ucqar kənd məktəblərində işləməyə həvəsli olmamalarının səbəbi şərait, həmçinin mərkəzdən uzaq məsəfadə olmasıdır. Şəhər və kənd məktəblərinin fərqindən söz açan müsahibimiz bunları deyib:

“Şəhər və kənd məktəblərində müəllim və şagird kontingenti nəzərə çarpacaq qədər fərqlənir. Əsas fərq məktəblərin texnoloji avadanlıqlarla təchizatında və soyuq aylarda məktəblərin istilik sistemindədir”.

 

İlk dərs günü, ilk həyəcan…

 

S.Salehova ilk dərs gününü heç zaman unutmayacağını vurğulayıb: “Əlimdə jurnal ilk dərsimi keçmək üçün həyəcanla sinif otağına yaxınlaşdım. Qeyri-ixtiyari qapını döyüb icazə ilə sinfə daxil olmaq üçün əlimi qaldıranda duruxdum. Və artıq mən sinif otağına müəllim kimi daxil olurdum. Bu, həm məni çox sevindirdi, həm də necə bir məsuliyyətli peşəni seçdiyimdən həyəcanlandırdı”.

Dərsdən əlavə mütaliə etməyi çox sevən gənc müəllim gərgin iş günlərinin sonunda pianino arxasına keçir: “O cümlədən asudə vaxtlarımda təhsillə bağlı bir çox layihələrdə yaxından iştirak edirəm və şagirdlərimi də buna cəlb edirəm. Bununla yanaşı, onlayn seminarlara qatılıram”.

nd məktəblərində oxuyan bəzi şagirdlər məhz ali təhsil almaq üçün deyil, kənd mühitindən uzaqlaşmaq, ö yeni şərait yaratmaq üçün təhsilini davam etdirmə can atır. Sona Salehovanın düşüncəsi nədir?

-Bu, təbii haldır. Hər bir dövrdə olub və olacaq da. Hazırki dövrdə dövlətimizin regionlarda həyat şəraitinin yaxşılaşdırılması yönündə gördüyü işlər bu axının qarşısını nisbətən azaldacaq.

Hər gün yolpulu verərək kəndə gedib-gələn müsahibimiz aylıq gəliri ilə ehtiyacını ödəyə bilsə də, düşünür ki, həyat şəraitini yaxşılaşdırmaq üçün məvacibin çox olması pis olmazdı.

O, söhbət zamanı həmçinin valideynlərin övladlarının təhsil almalarında nə qədər maraqlı olmasından da söz açıb. S.Salehovanın sözlərinə görə, dərs dediyi məktəbdə valideynlər müəyyən qədər övladları ilə maraqlanırlar, lakin bu, lazımi qədər deyil:

“Digər tərəfdən məktəbimiz yardımçı binada yerləşdiyi üçün müasir tələblərə uyğun deyil. Qışı sərt keçən Xankəndinin məktəbində istilik sistemi çox zəifdir. Kəndin yolu isə heç də ürəkaçan deyil. Halbuki, biz hər gün bu yolu gedib-gəlirik”.

Gənc müəllim deyir ki, Xankəndi sakinləri çox səmimi, mehriban və qonaqpərvərdirlər: ”Müəllimlərə böyük hörmətlə yanaşırlar. Sanki öz doğmalarıdır. Kəndin uşağından tutmuş, ağsaqqalına qədər hər birindən yalnız səmimiyyət görmüşəm”.

S.Salehova bir neçə gün əvvəl Xankəndi kənd tam orta məktəbinin 6-cı sinif şagirdləri ilə riyaziyyat fənnindən “Kəmiyyətlərin dəyişməsinin faizlə ifadəsi” mövzusunda açıq dərs keçib. Dərsin təşkili  işlərində köməyə görə dərs hissə müdiri Turac Məmmədovaya dərin təşəkkürünü bildirir. O, şagirdlərinin unutmayacağı, müəllim yoldaşlarının bəyəndiyi maraqlı dərsdən çox məmnun qalıb.

nay Rəsulqı

Şərh Yaz