ÖZÜNÜ ŞAGİRD SAYAN MÜƏLLİM

Bu ilin may ayından Özbəkistandakı Azərbaycan Səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi “Məndə sığar iki cahan” adlı beynəlxalq şeir müsabiqəsinə noyabr ayında yekun vurulmuş və Azərbaycandan iştirakçılar arasında I yerə müəllim-şair Oqtay İsmayıllı layiq görülmüşdür. 6 dekabr 2019-cu ildə Daşkənddə keçirilmiş təntənəli təqdimat mərasimində qalibə Fəxri Diplom və pul mükafatı təqdim edilmişdir. “İsmayıllı xəbərləri” qəzetinin redaksiyasında müəlliflə görüşüb müsahibə aldıq:

– Səni ükdən təbrik edirəm! Sərin necə keçdi?

– Çox minnətdaram! Bu mənim xarici ölkəyə ilk səfərim idi. Ən gözəl təəssüratlarla qayıtmışam. Özbəkistanı doğma torpaq, özbək oğul və qızlarını isə bacı-qardaşlarım kimi gördüm.

– Deyən, ön kimi yaxşı insanlarla çox qarşılaşsan?

– Özümdən yaxşı insanlarla qarşılaşmışam.

– Qazancın çox oldumu?

– Pul barədə deyirsənsə, mənim kimi sadə həyata öyrəşmiş adam üçün çoxdur. Üstəlik, səfərimlə bağlı bütün xərclər ödənilmişdi. Ancaq heç bir hesaba sığmayan qazancım təzə dostlar, xüsusilə Səfirliyimizin I katibi və Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov oldu. Mübaliğə saymayın, mən onu Nəsiminin təbliğ etdiyi kamil insan səviyyəsində gördüm. Bütün səfər müddətində İsmayıllı Regional Mədəniyyət İdarəsinin direktoru Elnur müəllimlə, Bakıdan dəvət edilmiş tədqiqatçı alimlərdən Səadət Şıxıyeva, Kərimulla Məmmədzadə və münsiflər heyətinin üzvü olan şair Fərid Hüseynlə birlikdə oldum, bu gözəl insanları yaxından tanıyıb sevdim.

– Samir müəllimi mən dəl insan kimi tanıram. Onu kamil insan saymağın səbi nədir?

– Samir müəllimin hədsiz biliyi, mərifəti, obyektivliyi, fədakarlıq adlana bilən zəhmətsevərliyi, Azərbaycan mədəniyyətinin Özbəkistanda təbliği sahəsində çoxsaylı tədbirlər həyata keçirməsi, bunlardan da əhəmiyyətli olan Vətən, dil, millət pərvanəliyi elə ilk söhbətimizdə məndə qeyri-adi təəssürat yaratdı.

– Daşnddə neçən oldun, hansıdbirlə qatıldın?

– Üç gün yarım. Tarix İnstitutunda elmi konfransda, təqdimat mərasimində və möhtəşəm bir konsertdə iştirak etdik, muzeylərin bəzisinə baş çəkdik. Bir gün də şəhəri qismən görmək üçün təklikdə piyada gəzdim.

– Muzeylərdə yadında ən çox qalan eksponat oldumu?

– Məscid-muzeydə Quranın ən müxtəlif əlyazma və nəşrləri yaddan çıxan deyil. Amma onların içərisində həzrət Osmanın öz əli ilə VII əsrdə yazdığı çox böyük ölçülü Quran adama sehrli təsir göstərirdi. Heyif ki, onun yanında şəkil çəkdirməyə icazə verilmir.

– İndi inandınmı, sə illər uzunu deyəndə ki, respublika əbi mühitinə çıxsan, müxtəlif tədbirlə qatılsan, mütləq uğurlar qazanacaqsan, haqlı imişik?

– Bir az inandım, amma tam inanacağıma inanma.

– Niyə?

– Axı bu müsabiqəyə sənin təkidinlə qoşuldum. Mənə uğur gətirən şeirlərimi seçən də, lazımı ünvana göndərən də sən oldun. Necə deyərlər, “bu günaha sən də şəriksən”. Elə bilirsən ki, məni yenə meydana çıxmağa məcbur edə biləcəksən?

– Bax bu, qəribə cavab oldu. Əvvəla, sən dostunun söndən çıxa bilməzsən. İkincisi də, mər tanınmaq, məşhurlaşmaq pis işdir?

– Başqaları üçün yaxşıdır. Amma mən tanınmaqdan, həqiqətən, ehtiyat edirəm. Həmişə kimlərinsə baxışları altında qalırsan. Məşhurların sevənləri ilə yanaşı, bədxahları da mütləq olur. Onların hər sözünə, hərəkətinə həm yaxşı, həm pis münasibətlər bildirilir. Pisi görməmək üçün yaxşıdan da qaçmağım məsləhətdir.

– Qayıdaq müsabiqə. Bilirik ki, sən bayramlar, tədbirlər şairi deyilsən. “Nəsimi ili”nin xatirinə ona nəzirər yazmamısan. Münsiflərin diqqətini sənin şeirlərində çən ən çox hansısusiyyətlər olub?

– Məni hər cəhətdən ən yaxşı tanıyan adam sənsən. Bilirsən ki, özümə qarşı tamamilə laqeydəm. Haqqımda qətiyyən yüksək fikirdə deyiləm. Sənin təkidinlə iştirak etdiyim yeganə, həm də beynəlxalq müsabiqədə Azərbaycandan iştirak edən təxminən 50 yazar arasında I yerə  layiq görülməyim xəbəri mənə aydın səmada ildırım çaxması kimi təsir etdi. Hətta mükafatı qəbul edəndə də bunu yuxu sanırdım. Hörmətli Samir müəllimdən təklikdə soruşanda cavab verdi ki, sənin 17 şeirindən elə birincisini oxuyan kimi Nəsiminin ruhunu, vəhdəti-vücud fəlsəfəsini gördüm. Onları çap elətdirib evə apardım, gecə diqqətlə oxudum. Əmin oldum ki, qalibi tapmışam.  Səhər yazılarını münsiflərə göndərdim. Onlar da qətiyyətlə üstünlüyü sənə verdilər.

Daha sonra tədbirlərə dəvət edilmiş münsiflərdən Fərid Hüseyndən bu barədə soruşanda dedi ki, digər müəlliflər üçün xahişlər, hətta tələblər də edənlər vardı. Amma biz bildirdik ki, Nəsimi haqq yolunda ən dəhşətli edamdan çəkinməyibsə, onun adına keçirilən müsabiqədə də ancaq haqq qalib gəlməlidir.

– Nə vaxtdan öndəsimi ruhunu hiss etmə başladın?

– Nəsiminin fəlsəfi konsepsiyası məni əsasən 5-6 ildir ki, əsir edib. Şeirlərim daha çox bu paklıq çeşməsindən su içir. Amma vəhdəti- vücud təliminin bəzi elementləri olan düşüncələrim 1998-ci ildən bəri bəzi yazılarımda əks olunub. Məsələn, 21 il əvvəl yazılmış “Sonuncu sufi mənəm”, “Şəhadət etdim” adlı şeirlərim bu qəbildən sayıla bilər.

– Nəsimini sən necərsən?

– Nəsimi bütün zamanların qəhrəmanı, dünya fəlsəfi poeziyasının günəşi, bəşəriyyətin ən böyük xeyirxahı, İnsanın, Təbiətin, Allahın ən sadiq, alovlu aşiqidir. Onun təlimi minlərlə dini və fəlsəfi təlimlər içərisində ən işıqlısıdır.

– Bu rəyin yubileylərlə bağ çıxışlardakı pafoslu təriflər kimi qəbul edilə bilər. Fikirlərini bir az da dəqiqləşdirsən, yaxşı olmazmı?

– Peyğəmbərlər Allahın təlimini, sözlərini insanlara çatdırıblar. Onlar Küll (Allah) ilə Zərrə (İnsan) arasında ilahi vasitəçidirlər. Bütün dinlərdə cənnət müjdəsi ilə cəhənnəm xofu yanaşıdır. Nəsimi isə peyğəmbər yox, bələdçidir. O, İnsana əbədi səadət yolunu  göstərmir, əksinə, Allaha qovuşana qədər bələdçilik edir, əlindən tutub aparır.  Yaradan Nəsimini məhz bu ilahi missiya üçün dünyamıza göndərib.

– Nəsimi insanı ilahiləşdirir. “İnsanda təlli qıldı Allah, Qıl Adəcdə, olma gümrah”. Yəni Allah adamın surətində östərir, ona gö adama səcdə et, yolunu azma. Bu sözlər küfrənzəmirmi?

– Qətiyyən. Nəsimi Qurandan kənara çıxmır. Onun müəyyən ayələrinə əsaslanır. Yeri gəlmişkən, deyim ki, bu dahi qədər öz şeirlərində Qurandan götürülmüş söz, ifadə və hətta ayələri verən ikinci şair yoxdur. O, dinimizi ən mükəmməl şəkildə dərk və təbliğ edən müəllim-filosofdur. Bu fikrimi sadə şəkildə ifadə edim: Allah insanı özünə bənzər şəkildə xəlq edib, ona öz nəfəsilə can verib. İnsanın ruhu Onun bir zərrəsidir. Həmin zərrə bu dünyada öz paklığını qoruyub-saxlaya bilirsə, ölümdən keçərək, yenidən ayrıldığı Bütövə (Allaha) qovuşacaq və onunla birləşdiyi üçün “Ənəlhəq” deyəcək. Bir az da sadə deyim: Allah təsəvvür edilməyəcək dərəcədə nəhəng bir ocaq kimidir. Biz onun bu dünyaya düşmüş kiçik közləriyik. Əgər qəbahətlərlə özümüzü söndürüb qaraltmasaq, yenidən həmin ocağa qayıdacağıq. Ona qovuşandan sonra ayrıca köz yox, elə ocaq olacağıq. Mən də bu fikrə şərik olduğum üçün deyirəm: “Allahın zərrəsi Allahdır həm də, Ocaq say-hesabsız közü deyilmi?!”

– Yəni “Əlhəq” allahlıq iddiası deyil, eləmi?

– Əlbəttə. Yalnız cahil, fanatik adam başqa cür düşünə bilər. Hələ XIII əsrdə böyük Mövlana Rumi yazırdı: “ … ənəl həqq” deməyi böyük bir iddia hesab edirlər. Halbuki,“ənəl həqq” demək böyük bir təvazödür… Həllac Mənsur, yaxud Nəsimi əgər “Allahlıq” iddiası etmək istəsəydilər, “ənəl həqq” ifadəsi əvəzinə, “ənəllah”(mən Allaham) deyərdilər. “Allah”  kəlməsi də, “həqq”  kəlməsi də Tanrının isimlərindəndir. Lakin hərəsinin fərqli mənaları vardır. Kainatda hər şey sadəcə Odur”.

–  “Məndə sığar iki cahan …” Bu o deməkdir ki, hər iki aləm (fani və baqi) insana sığışır, deməli, İnsan bün kainatdan da bökdür. Sarsı fikirdir. Sən bunu mübaliğə hesab etmirsənmi?

– Yox! Allahın zərrəsitək biz yalnız Onun müqabilində çox kiçiyik. Amma Allahın zərrəsi də kainatla müqayisədə böyükdür. Gözün görmə hüdudları çox məhduddur. Biz nəhəng gerçəklərin heç birini görmürük. Məsələn, kainatı nizamda saxlayan cazibəni, hər yeri dolduran elektromaqnit dalğalarını (az qismi istisna olmaqla) … Biz heç hər saniyə udduğumuz havanı, bizi idarə edən duyğularımızı, fikrimizi, sözümüzü görə bilmirik. Əsl gerçəkliyi yalnız zəka qavraya bilər. Kainatın əsl gerçəkliyini ən mükəmməl şəkildə Nəsimi zəkası qavrayıb və bizə anladıb.

– Nəsimi deyir: “Yer yox ikən, göy yox ikən ta əldən var olmuşam”. İnsan ən axıncılq olunubsa, bu fikri necə anlamaq olar?

– Qurana görə, Allah hər şeyi məhz öz sevimlisi olan insana görə yaradıb. Deməli, hələ kainat yox ikən biz Allahın fikrində mövcud idik. Allah məkan və zamanı məhz öz sevimlisinin xatirinə yaradıb. Çox sadə məntiqdir, heç bir fantastik yozuma, şübhəyə üz tutmağa ehtiyac yoxdur.

 – Nəsimi ona gö ən dəhşətli şəkildə öldüldü ki, heç bir mülman hürufilik-nəsimilik təliminə lap cüzi şəkildə olsa da, təfdar çıxmağa cəsarət etməsin.  Bəs necə oldu ki, onun məzarı elə əvvəldən açıq-aşkar ziyarətgaha çevrildi?

– Dini məhkəmədə yalnız bir nəfər Nəsimini kafir elan edərək, edamını vacib buyurmuşdu. Onu Misir sultanının əmri ilə edam etmişlər. Cəmi on il sonra (sultan ölən kimi) Hələbin dini məhkəməsi bu işə yenidən baxmış və gec də olsa, ona bəraət vermişdi. Bu Eşq Günəşini Tanrı özü əbədiyyət boyu nur saçmaq üçün yandırıb.

– Nəsimini öyrənmək indiki vək nəsillə verə bilər?

– Bir-birini Allahın zərrələri kimi sevməyi, şərdən uzaqlaşmağı, ilahi missiyasını dərk edərək daxilindəki ilkin işığı, gözəlliyi qoruyub-saxlamağı, kainatdakı yerini düzgün anlamağı, bu dünyadakı həyatını inam və fərəhlə doldurmağı, əbədi bir səadətə sahib olmağı. Nəsimi insanı müqəddəslik haləsinə bürüyür. Bu ilahi bələdçi insanı ərşi-əlaya – Allaha doğru aparır, onun daxilindəki zülməti əridir, işığı ğücləndirir. O, ”ənəlhəq”lə özünü ucaltmır, insanı böyüdür, daha doğrusu, ona nə qədər uca, ülvi olduğunu anladır. O, öz şəxsi “mən”inin nuru ilə öyünmür, lovğalanmır, insanın ”mən”indəki əzəli işığı göstərir. O, həmin işığı bürümüş cəhalət pərdəsini cırmağa, itirlmiş ülviyyət və qüdsiyyətin qaytarılmasına çalışır.

– Dahilər arasında Nəsiminin yeri haradadır?

Cavab: Ən öndədir. Onun missiyası tamamilə fərqlidir. Ateistlər Yaradanı danmaqla, həyatın fani olduğu fikrini yaradır və ömrün mənasızlığı təsəvvürünü yaradırlar. Yəni biz təsadüf nəticəsində yaranmışıq və ölüb əbədi yoxa çıxacağıq. İnsana bundan da artıq mənəvi əzab vermək, onu daha artıq dəhşətə salmaq olarmı?! Dindarlar inanır ki, o biri dünya da var. Fani aləmdən köçüb  əbədi aləmə gedirik. Əbədiyyətə belə inam insan həyatını xeyli sevinclə doldurur. Amma bir xof daim bu sevinci titrədir: birdən cəhənnəmə düşüb, əbədi əzab çəkərik. Nəsimilik isə inandırır ki, pak yaşayan insan Allaha qovuşacaq və onun bir zərrəsitək əbədi bəxtəvər olacaq. Nəsimi İnsanı ateist kimi ümidsizliyə, dinlər kimi müxtəlif qorxu və tələblərə təslim etmir. O, Allahın sevimlisi olan İnsana bələdçilik edərək, Rəbbimizlə qovuşmağa aparır.

Şahməmməd Dağlaroğlu

8 dekabr 2019-cu il

Şərh Yaz