“DAĞ ÇİÇƏKLƏRİ“

Bu dağım


Daş üstə daş qalmasa da neçə yol,
Olmamışdı bu fəlakət, bu dağım.
Bir yerdəyəm, burdan keçir neçə yol,
Bir ağacam, yox salamat budağım.

 

Yaman qoyduq, yaman günə bu yurdu,
Dönük çıxdıq, yağı təşrif buyurdu.
Yol azanlar yol göstərdi, buyurdu,
Çıxdı əldən o yamacım, bu dağım.

 

Dağlaroğlu, dərd gözünü oyanam,
Vaxt yetişib, gərək qalxam, oyanam.
Elə yandım, ha qışqırdım: – oy, anam!
Dağ olmuşdum, başqa dağdı bu dağım.

Şahməmməd Dağlaroğlu

 

l

 

 “Əhdəfa eylədi yari-vəfadarız…”

 İ.Nəsimi

 

“Əhdə vəfa eylədi“, – necə deyim, – yarımız?

Mən oldum, o olmadı, “yari-vəfadarımız“.

 

Fələk qurğuşun qurdu, eşq sarayın uçurdu,

Yel əsdi, xəzan vurdu, yetişmədi barımız.

 

Dən tutmadı bir sünbül, qönçəsində yandı gül,

Satıldı  sara bülbül, soldu gülüzarımız.

 

Min sual var sorulu, sular çətin durulur,

Qaldı boynu burulu əhdimiz, ilqarımız.

 

Ya aşkara, ya xəlvət, ürəkdədir qəm, həsrət,

İnsanıq, biz də, əlbət, yox eşqə inkarımız.

 

… Qismət haqdı, əzəldi, alnımıza yazıldı,

Matahımız qızıldı, yoxsa da bazarımız.

 

Baxmarıq toya, vaya, əyillik haqqa-saya,

Qəm çəkmərik dünyaya olsa etibarımız.

 

Özünü salma gözdən, baş aç əyridən, düzdən,

Şair, sevgidən, sözdən başqa nədir varımız?

 

Nazir Ziya, um Haqdan, çək əli vardan, yoxdan,

Anla ki, bizim çoxdan qazılıb məzarımız.

Nazir Ziya Talıstanlı

 

falıyam  mən

 

Xeyirə, həm şərə butalıyam mən,
Zəhərli zamanın saf balıyam mən.

Yarı payız kimi sıxıntıdayam,
Yarı bahar kimi ədalıyam mən.

 

Həm rəzil düşmənin əlində məhkum,
Həm ona divanam, qadalıyam mən.

Bu günün önündə çaşqın qalsam da,
Dünəndən, sabahdan, bil, halıyam mən.

 

Bir az Nizamitək işim nizamlı,
Bir az Xətaitək xətalıyam mən.

Mənim taleyimdir bəşər taleyi,
O səfa içində cəfalıyam mən.

 

İlahi sevgidən pak məlhəmim var,
Ruhu ağrıyana şəfalıyam mən.

Dönüyəm canıma Nəsimi kimi,
Ölməz əqidəmə vəfalıyam mən.

Oqtay İsmayıllı

 

Ən bök inqilab

 

Yanında eyforiya, uzaqda depresiya,

Səni tapıb, itirib ruhum tarazlığını.

Sevgi azaddır deyib, ovudursan sən guya?

Ən qəddar diktatordur, alıb azadlığımı.

 

İçimdəki savaşdan görüm qana bulaşıb –

Vətəndaş qırğınıdır ürək-beyin döyüşü.

Niyə özgə işinə, görən, ağıl qarışır?

Deyirdin axı sevmək, könül işi, qəlb işi.

 

Elə bu dünyada da cismim yanmağı seçib,

Sən o dünyanı boş ver, bu günahın savabdır.

Onu bil ki, birdənəm, bu təkamülü keçib,

Mənim  sənə çevrilməm ən böyük inqilabdı!

Turac Hilal

 

Çox yaşa

 

El-obamın göl ziyalı Misir müəllimin 90 yaşınasibətilə

 

Gözəl insan 90 yaşın mübarək,

Bir əsrdən, qərinədən çıx, yaşa.

Uca dağsan yamacında gül-çiçək,

Vüqarına, büsatına bax, yaşa,

Bu dünyaya sən gərəksən, çox yaşa.

 

Ürəyinin alovundan od aldıq,

Şöhrət tapdıq, rütbə aldıq, ad aldıq.

Əməyinin bəhrəsilə ucaldıq,

Zəhmətinin zirvəsinə çıx, yaşa,

Bu dünyaya sən gərəksən, çox yaşa.

 

Var-dövlətin hikmət dolu söz oldu,

Nə dedinsə, nə yazdınsa düz oldu.

Çox həsrətdən bağrın başı köz oldu,

Göz yaşını köz üstünə sıx, yaşa,

Bu dünyaya sən gərəksən, çox yaşa.

 

Ömür adlı 90 illik zamanda,

Yollarında gül də bitdi, tikan da.

Ümidlərin daşa dəyib sınanda,

Namərdləri, xəbisləri yıx, yaşa,

Bu dünyaya sən gərəksən, çox yaşa.

 

Torpaq oldu, vətən oldu tək andın,

El-obanın sevgisinə qalandın.

Öz peşənlə qələbəlik qazandın,

Bu şöhrəti sinən üstə tax, yaşa,

Bu dünyaya sən gərəksən, çox yaşa.

 

Həm ahılsan, həm də fidan körpəsən,

Həm gövdəsən, həm də kövrək pöhrəsən.

Sən dastansan, sən şeirsən, nəğməsən,

Nəsillərin ürəyinə ax, yaşa,

Bu dünyaya sən gərəksən, çox yaşa.

brayıl Hüseyn

 

Çoxüzlür

 

Həndəsi çoxüzlülər,

Xoş üzlü, xoş sözlülər.

Bir araya gəldilər,

Dərdləşib, dərd böldülər.

Çoxüzlü insanlara

Acı-acı güldülər.

 

Siçanın heyrəti

 

Pişiyi pələng sayıb,

Əməlli çaşdı siçan.

Qorxudan rəngi qaçdı,

Dombalaq aşdı siçan.

Gözünə eynək taxdı,

Məəttəl qalıb baxdı.

Söylədi ki, pişiyin

Qorxusu yox canında.

Gör, neçəsi yanında

Dayanıb, çəkir keşik.

Vəzifəyə keçəndən

Pələngə dönüb pişik.

Xalıq Yusifoğlu

 

Oyanmaq istədisə

 

Yüz dəfə “fil-filo” desən,

Sönən çıraq yanmayacaq,

gərək Tanrıdan od ola,

od alasan, yandırasan.

Misqal-misqal qazancını

xərcləsən də qucaq-qucaq,

qədirbilməz qanmayanda

hansı yolla qandırasan?

 

İnsan sözdə, əməlində

dəqiq bilməlidir həddi.

Dildən çıxan söz əməllə

uyuşmasa, fəlakətdi.

Hər gün bir qarış olsa da

keçirsə qonşu sərhəddi,

Abırsızı gərəkdir ki,

bilmərrə dayandırasan.

 

Özümüzə arxa olaq

çiyin-çiyin, kürək-kürək,

el bir olsa dağ oynadar,

bir olmalı milyon ürək.

Yatan xalqı oyatmağa

Sabirlər, Cəlillər gərək.

Oyanmaq istəmədisə

Çətin ki, oyandırasan.

rlan Saleh

 

nyamız bir su arxı

 

Ömrüm-günüm əyrilibdir,

Zəmanənin cəhrəsində.

Qəsd olunur min budağa,

Bir nadanın dəhrəsində.

 

Eşqsiz ömrə ömür demə,

Göz islanıb batar nəmə.

İlk məhəbbət dönüb qəmə,

Çox şairin çöhrəsində.

 

Haqq  üzünə ağ olmadım,

Təpə oldum, dağ olmadım.

Çalxalandım yağ olmadım,

Dəllalların nehrəsində.

 

Yerin, göyün nəfəsi var,

Ucalmağın həvəsi var.

Ətcə quşun “qəfəsi“ var,

O çinarın pöhrəsində.

 

Bu ney kəsik bir qarğıdı,

Fələk dəyirman çarxıdı.

Dünyamız bir su arxıdı,

Dayanmışam dəhnəsində.

qar Vaqifoğlu

 

Muğam nədir…

 

Muğam nədir bilməyənlər,

Bilmirsizmi muğam nədir?

Muğam bütöv Azərbaycan,

Dəfinədir, xəzinədir.

 

Tut muğamın qanadından,

Qoy qaldırsın göyə səni.

Aşsın neçə sərhədləri,

Bənd eləsin yerə səni.

 

Muğam böyük bir xalıdır,

İlmə-ilmə toxunur o.

Dildə gəzir diyar-diyar,

Ürəklərdə oxunur o.

 

Ey muğamı danan ”insan”,

Sən özünü danacaqsan.

Kimliyini, varlığını,

Dana-dana yanacaqsan.

 

Muğam bizim laylamızdır,

Ədəb-ərkan, ağıl, ismət.

Oxu, öyrən, ölənəcən,

O da olsa sənə qismət.

 

Sən vətənin övladısan,

Dayan vətən keşiyində.

Muğam bizim dəyərimiz,

Öl  dəyərin beşiyində.

stəm Məbudoğlu

 

lbində gizlət

 

Sevgi olub ürəyinə yetmişəm,

Çiçək olub bağçanızda bitmişəm.

Baxışında ərimişəm, itmişəm,

Məni sevə-sevə qəlbində gizlət.

 

Sevgi bağçasında budaq olaram,

Eşqin toxumuna ortaq olaram.

Əlində çiçəyə yarpaq olaram,

Məni sevə-sevə qəlbində gizlət.

 

Məhəbbət könlümün var dodağında,

Sevgi ağacında, bar dodağında.

Həsrətli baxışım yar sorağında,

Məni sevə-sevə qəlbində gizlət.

 

Sənin gözlərində barışım qalım,

Kül olum, közünə qarışım qalım.

Yanan ürəyində alışım qalım,

Məni sevə-sevə qəlbində gizlət.

 

Oxşasan, qoxlasan ipək telimi,

Siləsən gözümdən axan selimi.

Həsrətin əlindən qopar əlimi,

Məni sevə-sevə qəlbində gizlət.

Surə Cəbrayılova

 

İk bir gün

 

İstədim söz yazam, düşündürən söz,

Düşünə bilmədim, yaza bilmədim.

Yadigar bir ağac əkmək istədim,

Əkməyə bir quyu qaza bilmədim.

 

Yaradan yaratdı yaratmaq üçün,

Yaranmaq asandı, yaratmaq çətin.

Ömür də gözəldi yaşamaq üçün,

Yaşamaq asandır, yaşatmaq çətin.

 

Sevinir həyatda yaşayan hər kəs,

Hərdən qəm, kədər də qaçılmaz olur.

Səndən ixtiyarsız dayanır nəfəs,

Allahın sirləri açılmaz olur.

 

Nəfəs dayanmamış, göz yumulmamış,

Yaradaq gələcək nəsillər üçün.

İllər də özlərin qurban edirlər,

Onları il edən fəsillər üçün.

 

Mən də bir insanam, insan oğluyam,

Bu ömür hekayəm bitəcək bir gün.

Bir ağac əkməsəm, bir yol salmasam,

Əbədi ünvanım itəcək bir gün.

Mirəli İsmayıllı

 

l, yeni məktəbim

 

Təhsil, ziya ocağım,

Doğma ana qucağım.

Oldun fərəhli çağım,

Var ol səni, məktəbim,

Gözəl, yeni məktəbim!

 

Ətəyində Qafqazın,

Füsunkar qışın, yazın.

Neçə oğlanın, qızın,

Xoş gülşəni məktəbim,

Gözəl, yeni məktəbim!

 

Üstünsən cəh-cəlaldan,

Çıxdın o köhnə haldan.

Neçə-neçə xəyaldan

Qovdun çəni, məktəbim,

Gözəl, yeni məktəbim!

 

Yorulmaz düz yol gedən,

Müqəddəs anasan sən.

Qoy var olsun bəxş edən

Belə günü, məktəbim,

Gözəl, yeni məktəbim!

Əzimə İsayeva,

raybəyli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

 

lir

 

Saralmış bir yarpaq rəqs edir sanki,
Havadan payızın qoxusu gəlir.
Həzin bir küləyin səsin inan ki,
Duyduqca gözümün yuxusu gəlir.

 

Mürgülü baxışlar xəyala dalır,
Solmuş dodağıma təbəssüm dolur.
Ötən xatirələr bir-bir yad olur,
Şirin röyaların çoxusu gəlir.

 

Baxdıqca bu ömrün payız cağına,
Şirinli-acılı qara-ağına.
Yaşanan bir eşqin gülü bağına,
Seyrinə təzədən çıxası gəlir.

 

Təbiət bir ana, mən ona körpə,
Sıxıbdı köksünə o öpə-öpə.
Coşqun dəniz kimi hey ləpə-ləpə,
Sahilə çırpılıb çıxası gəlir.
Nailəançaylı

 

Tale yolu sönmüş şam ki…

 

ixtisarla

 

Boy atmışam budaq-budaq,
Qurd yesə de içdən məni.
İtirmişəm bu gün səni.

Tale yolu sönmüş şam ki,
Tutmaz oldu əlim-qolum,
Bilinməz ki, artıq yolum.

Tale yolu sönmüş şam ki,
Allah, mənəm ya günahkar,
Ya da qələm?
Qoy eşitsin bütün aləm.

Tale yolu sönmüş şam ki,
Dənizsevər, ağla yenə –
Əlin çatmaz ötənlərə…

Alik Dənizsevər

 

Şərh Yaz