İlin son iclası

21 dekabr  2019-cu il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində ilin son pedaqoji iclası keçirilib.

İclasda birinci semestrin başa çatması, payız imtahan sessiyasının başlanması, 2019-2020-ci tədris ilinin 1-ci semestri üzrə həyata keçirilmiş fəaliyyət istiqamətləri, təhsilin keyfiyyətinin artırılması baxımından görülən işlər fənlərin tədrisində keyfiyyətin yüksəldilməsi üçün görüləcək işlər imtahanlara hazırlıq, müəllim-tələbə münasibətlərinin düzgün qurulması, dərsə davamiyyət, kollecdaxili nizam-intizam qaydaları, zəif oxuyan tələbələrlə iş və digər məsələlər müzakirə olunub.

Tədris və tərbiyə işlərinin təkmilləşdirilməsi ilə bağlı Pedaqoji Şura müvafiq qərarlar qəbul edib və

müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Ş.Abışova

 

Şərh Yaz