Cocuq Mərcanlı kəndinə səfər

Dekabrın 22-də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin turizm və onun təşkili qrupu  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. Səfər qrup rəhbəri Ağayev Elmir və kollecin rəhbərliyi tərəfindən təşkil olunub.

Səfərin əsas məqsədi Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşilikləri göstərmək, torpaqlarımızın  geriyə qaytarılması əzmini nümayiş etdirmək, eləcə də iştirakçıları ölkə Prezidentinin sərəncamı ilə kəndin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırmaq olub. 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Oqtay Həziyev tələbələrə kənddə aparılan quruculuq və abadlıq işləri haqqında ətraflı məlumat verib.

Müəllim və tələbələr geri dönərkən yolüstü Beyləqan rayonunda yerləşən, tarixi ziyarətgah olan “Həzrəti Cərciş Peyğəmbər” məqbərəsini ziyarət edib, ziyarətgahın tarixi barədə ətraflı məlumatlar əldə ediblər.

vlud Ağayev

 

Şərh Yaz