Şairin yubileyinə hədiyyə

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqəli İsmayıllı RİH başçısının Zərnava kənd inzibati ərazi dairəsində də tədbir keçirilib. Tədbiri Zərnava kənd İƏD-nin nümayəndəsi Nemət Abdurəhimov  açıb və şairin yaradıcılığı barədə maraqlı məlumatları iştirakçılara çatdırıb.

N.Abdurəhimov qeyd edib ki, Nəsimi dilimizin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə edib. Onun əsərləri bir çox dillərə çevrilib və böyük oxucu rəğbəti qazanıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2019-cu il “Nəsimi ili” elan olunub və 650 illik yubileyi qeyd edilməkdədir.

Zərnava kənd İƏD-i üzrə nümayəndənin müavini Namiq Aslanov şairin həyat və yaradıcılığı barədə danışıb. İştirakçılar maraqlı tədbirdən sonra yubileylə əlaqəli ağacəkmə aksiyasına qoşulublar.

Namiq Aslanov,

rnava kənd İƏD-i üzrəmayəndənin müavini

 

Şərh Yaz