Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

Noyabr ayının 22-də İsmayıllı Rayon İcra Hakimiyyəti hüquq-mühafizə, ədliyyə orqanları rəhbərləri və işçilərinin iştirakı ilə Ədliyyə Günü qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər qızılgüllər düzüblər. Bayram tədbirinin davamı RİH-nin konfrans zalında keçib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbiri giriş nitqi ilə açıb və ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib.

Rayon məhkəməsinin sədri Rafayel Şirinov Azərbaycan ədliyyəsinin keçdiyi yolun tarixindən, müasir Azərbaycanın ədliyyə orqanlarının səmərəli fəaliyyətindən, rayondakı ədliyyə işçilərinin dövlət-hüquq siyasətinin həyata keçirilməsində fəal iştirakından danışıb.

Rayon prokuroru Tural Yusifov, Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, RİH başçısının müavini – YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova, Dövlət Təhlükəsizliyi Xidməti İsmayıllı Rayon Şöbəsinin rəisi Samir Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə İsmayıllı Rayon Şöbəsinin rəisi Xamis Bədəlov və başqaları ədliyyə işçilərini peşə bayramları günü münasibətilə təbrik ediblər. Çıxış edənlər qanunçuluğun möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təminatı, insan hüquq və azadlıqlarının qorunub saxlanmasında ədliyyə işçilərinin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətlərindən razılıq ediblər.

 

Şərh Yaz