Minnətdarlıq

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova            

 

Hörmətli Mirdaməd müəllim!

Biz, Sədiqə və Ədilə Orucova bacıları Diyallı kənd sakinləriyik. Hazırda xahişiniz əsasında Dövlətimiz tərəfindən bizim üçün tikilən, hər cür şəraiti olan rahat bir evdə yaşayırıq. Dövlətimizin, cənab Prezidentin imkansız vətəndaşlara göstərdiyi diqqət və qayğıdan çox məmnunuq. Bu məmnunluq olduqca qürurvericidir.

Evimizin açılış mərasimində iştirakınız bizə verdiyiniz hədiyyələrdən daha dəyərlidir. Ömrümüz var ikən Sizə borcluyuq. Allah yaxşıları, eləcə də Sizi qorusun!

Dərin hörmətlə:

Ədilə və Sədiqə Orucova bacıları

Diyallı kəndi

Şərh Yaz