Yaddas kitabcasi

Növbəti görüş-qəbulun ünvanı – Kürdmaşı kəndi

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sakinlərlə keçirdiyi sistemli görüş-qəbullarla bölgənin bütün yaşayış məntəqələrini əhatə edir və növbəti ilin fəaliyyət proqramını, yeni layihələri müəyyənləşdirdikdə yerlərdə deyilən səmərəli, inkişafa müsbət təsir edən təklifləri nəzərə alır.
Növbəti görüş-qəbul üçün məkan seçilən Kürdmaşı kəndinin bügünkü inkişaf səviyyəsi deyilən fikri bir daha təsdiqləyir.
Sakinlərlə görüşü giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov rayonun ümumilikdə, xüsusilə Kürdmaşının inkişafından, ölkə rəhbərinin və Dövlətimizin qayğısının nəticəsi olaraq həyata keçirilən yeni-yeni layihələrdən, çoxsaylı iş yerlərinin açılmasından danışıb. Qeyd edib ki, ölkə vətəndaşlarının hər biri, hər bir ailə Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qayğısı əhatəsindədir. Yeni nümunə kimi onu göstərmək olar ki, Kürdmaşıda 2 üzvü əlil olan ailə üçün Heydər Əliyev Fondu fərdi yaşayış evi tikib. Qaz təchizatı şəbəkəsi yenidən, müasir standartlara uyğun qurulub.
İştirakçılar kənddə uşaq bağçası tikilməsinə, mədəniyyət evinin təmirinə, kəndin ucqar hissəsində ibtidai məktəb binasının inşasına, Uştalqışlaq kəndinə gedən yolun təmirinə və körpü salınmasına köməklik göstərməyi xahiş ediblər. Bir neçə məişət xarakterli məsələlərdən də danışılıb.
Hər bir məsələ ilə əlaqədar aid təşkilatlara tapşırıqlar verilib. Həmişə olduğu kimi hüquq-mühafizə orqanlarının və aid xidmət təşkilatlarının rəhbərləri görüş-qəbulda iştirak ediblər.

Namiq Kərimov

Şərh Yaz