Cari məsələlər müzakirə mövzusu olub

Rayon İcra Hakimiyyəti başçısı aparatının tədbirlər planına uyğun olaraq Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi noyabr ayının 15-də Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” iclası keçirib.

İclası şöbə müdiri Rüstəm Səmədov açıb. İştirakçılarını salamlayaraq onları gündəlikdə duran məsələlərlə tanış edib. Birinci məsələ – “2020-ci ildən etibarən torpaq mülkiyyətçilərinin Subsidiya İnformasiya sistemində qeydiyyata alınması” ilə bağlı olub. İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayevə məsələyə aydınlıq gətirib.
R.Yəhyayev pay torpağı olan vətəndaşlara növbəti 2020-ci ildən etibarən subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin altsistemi olan Subsidiya İnformasiya Sistemi vasitəsilə veriləcəyinə görə torpaq mülkiyyətçilərinin bu sistemdə vaxtında qeydiyyatdan keçmələrinin vacibliyini diqqətə çatdırıb.

Dövlət Arxivinin İsmayıllı Rayon Şöbəsinin müdiri İsa Əkbərov İƏD üzrə nümayəndəlikləri və bələdiyyə sənədlərinin ləngimədən Dövlət Arxivinə verilməsinin vacibliyindən danışıb.  Bu iş üçün müddətin tezliklə başa çatacağını qeyd edib.
İclasında RİH başçısının Lahıc qəsəbə İƏD üzrə nümayəndə Əli Əlizadə, İvanovka kənd İƏD üzrə nümayəndə İvan Prokofyev, Talıstan kənd İƏD üzrə nümayəndə Sihət Şirəliyev və başqaları çıxış edərək gündəlikdə duran məsələlər barədə təkliflərini veriblər.
Yekunda R.Səmədov qarşıda duran cari məsələlərdən danışaraq yığıncaq iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Ehtiram Manafov

 

Şərh Yaz