Maarifləndirmə vacib məsələdir

27 noyabr 2019-cu il tarixində İsmayıllı Peşə Tədris Mərkəzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçı Qrupunun və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə dinləyici qismində  İsmayıllı Peşə Tədris Mərkəzinin şagird və müəllim heyəti, İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə İsmayıllı Rayon  Komissiyasının sədri, RİH başçısının birinci müavini Rövşən Ağayev açıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçı Qrupunun İnformasiya Sektorunun müdiri Raqif Allahverdiyev, İşçı Qrupunun baş məsləhətçisi Şahin İsmayılov “Narkotiklər və psixotrop maddələr haqqında” geniş məlumat veriblər. Tədbirdə narkotiklər və psixotrop maddələrin fəsadları barədə video-çarx nümayiş etdirilib. Tədbirin iştirakçılarına bukletlər paylanıb. Həmçinin tədbirdə İsmayıllı rayon prokuroru Tural Yusifov, İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, DTX-nin İsmayıllı Rayon Şöbəsinin rəisi Samir Məmmədov iştirak ediblər. Maarifləndirici tədbirdə İsmayıllı rayon prokuroru T.Yusifovun, İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Ş.Kazımovun “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda məruzələri dinlənilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Rəşid Mirzəliyev

Şərh Yaz