Seminar keçirilib

“Azərbaycan Təhsil Nazirliyinin 2019-2020-ci dərs ilinin prioritet fəaliyyət istiqamətləri ilə bağlı F-531 əmrini rəhbər tutaraq hədəflərin reallaşdırılması” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə RTŞ-nin müdiri müavini Rahim Baxışov açıb, məsələ ilə bağlı görülmüş işlərdən və qarşıda duran vacib məsələlərdən danışıb.

RTŞ-nin metodisti Ülviyyə Zeynalova “Buraxılış siniflərində Ana dili fənni üzrə təlim nailiyyətləri, sınaq imtahanları, onların müqayisəli təhlili” mövzusunda məruzə edib.

Şəhər 3 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Çingiz Muradlının “Müasir texnologiya və qiymətləndirmə mexanizmi haqqında”, Sumağallı kənd tam orta məktəbinin müəllimi Fuad Xəlilovun “Təhsildə uğurlu nəticəyə aparan yol və istiqamətlər”, Azərbaycan Təhsil Nazirliyinin təhsil meneceri Ülvi Şamilovun “Ümumtəhsil məktəblərində sınaq imtahanlarının keçirilmə prinsiplərinə baxış” mövzularında çıxışları maraqla qarşılanıb.

Seminarda, əsasən, təhsilin keyfiyyəti və onun yüksəldilməsi üsulları, təhsil prosesinin gedişində ortaya çıxan problemləri araşdırmaq və aradan qaldırmaq istiqamətində söhbət aparılıb. Eyni zamanda monitorinq qiymətləndirilməsi, onun komponentləri və keçirilmə prinsipləri haqqında əlavə məlumatlar verilib, qarşıdan  gələn növbəti buraxılış imtahanlarının sınağı barədə fənn müəllimləri məlumatlandırılıb.

Seminar geniş diskussiya şəraitində keçib.

Xəzri  Muradov,

müəllim

Şərh Yaz