Fərdi evin açarları təqdim olunub

İsmayıllıda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin yeni, fərdi evlərlə təmin olunması davam etdirilir. Sözügedən proses mərhələli şəkildə aparılır. Cari ildə 10 evin tikintisi planlaşdırılıb.

Bu kateqoriyadan olanların mənzil şəraitinin və rifa halının yaxşılaşdırılması məqsədi ilə silsilə tədbirlər  həyata keçirilir, onlara fərdi evlər verilir.

Növbəti belə bir tədbir noyabr ayının 30-da baş tutub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nümayəndələrinin iştirakı ilə İsmayıllı şəhərində tikilən evlərdən birinin açarları ikinci qrup Qarabağ müharibəsi əlili Rafiq Həsənova təqdim olunub.

Fərdi evin sənədlərini və açarlarını təhvil alan R.Həsənov özünün və ailəsinin adından ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Açarlarin təqdimolunma mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İsmayıllı Rayon Şöbəsinin müdiri Kamran Muradov, ev sahibinin ailə üzvləri, yaxın qohumları və qonşuları iştirak ediblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz