Beynəlxalq Əlillər Günü münasibətilə nərd yarışı

Hər il olduğu kimi, bu il də İsmayıllı Rayon İcra Hakimiyyəti və Gənclər və İdmanİdarəsinin birgə təşkilatçılığı, Qarabağ Müharibəsi  Əlilləri, Veteranları və Şəhid  Ailələri ictimai birliyinin rayon filialının, DSMF rayon şöbəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin iştirakı ilə Beynəlxalq Əlillər Günü ərəfəsində rayonun müxtəlif kateqoriyalardan olan əlilləri arasında nərd yarışı keçirilib.

Yarışma maraqlı keçib. Nəticədə II qrup əlil, Əməkdar müəllim Şəfaqət Rəsulov birinci olub. Parolimpiyaçı I qrup əlil Şakir Ömərov ikinci, Qarabağ müharibəsi əlili Azər Kərimov isə üçüncü yeri tutub.
3 dekabr 2019-cu il tarixdə “Röya” şadlıq sarayında keçirilən tədbirdə qaliblərə tutduqları yerlərə uyğun olaraq medal,  diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

İsmayıllı xəbərləri”

Şərh Yaz