2019-cu ilin yanvar-sentyabr aylarında sənayenin əsas göstəriciləri

Bütövlükdə sənaye sahəsində 2019-cu ilin ilk 9 ayı ərzində faktiki qiymətlərlə 7995,3 min manatlıq mal, iş və xidmətlərin buraxılışının cəmi olmuşdur. Bu göstərici əvvəlki ilin müvafiq dövründən 1036,3 min manat çoxdur. Sabit qiymətlərlə bu göstərici (fiziki həcm indeksi) keçən ilə nisbətən 154,3 faiz təşkil edir.

Sənaye sahəsində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işinin qiymətləndirilməsi də nəzərə alınmaqla emal istehsal sahəsində 4314,5 min manatlıq mal, iş və xidmətlərin buraxılışının cəmi olmuşdur. Keçən ilin müvafiq dövründə isə bu göstərici 1376,5 min manat təşkil etmişdir. Emal istehsal sahəsində keçən ilin müvafiq dövründən 1376,5 min manat çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin digər sahəsi olan elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və  təchizat sahəsində iş və xidmətlərin dəyəri  ötən ildən 49,9 min manat azalaraq  2926,0 min manat təşkil etmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 754,8 min manatlıq, yəni əvvəlki ilin müvafiq dövründən 261,1 min manatlıq az məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.

Yuxarıda qeyd olunmuş göstəricilərin müvafiq ilin fəaliyyətdə olan qiymətlərində mal və xidmətlərin buraxılışının cəminə nisbətən bölgü sxemi aşağıdakı kimidir:

Rayonda sənaye məhsulu istehsalında xüsusi mülkiyyət dövlət mülkiyyətini qabaqlamışdır. 2019-cu ilin hesabat dövrü ərzində xüsusi mülkiyyət bölməsi üzrə 4314,5 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 45,4 faiz çox təşkil edir. Dövlət mülkiyyəti üzrə məhsul istehsalı və xidmətlər göstərilməsinin həcmi isə 3680,8 min manat, yəni əvvəlki ilin müvafiq dövründən 311,0 min manat az olmuşdur. Dövlət mülkiyyətinin bütün sənaye istehsalında xüsusi çəkisi 46,0 faiz (əvvəlki ilin müvafiq dövründə isə 57,3 faiz), qeyri-dövlət mülkiyyətininki isə 54,0 faiz (əvvəlki ilin müvafiq dövründə isə 42,7 faiz) təşkil etmişdir.

Hesabat dövründə rayonun sənaye müəssisələrində 561 nəfər işçi çalışmışdır ki, onun da 183 nəfəri emal sənayesində, 192 nəfəri elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 187 nəfəri su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda cəmlənmişdir. Sənayedə çalışanların 2019-cu ilin doqquz ayında orta aylıq əmək haqqı 438,1 manat təşkil etmişdir. Orta aylıq əmək haqqı ötən ilin ilk 9 ayı ilə müqayisədə 48,8 faiz artmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq nominal əmək haqqı emal sənayesində 21,1 faiz, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 76,9 faiz artmışdır.

Hafiz Bayramov,

İsmayıllı Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi                                        

Şərh Yaz