İlk kitabın təqdimatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yenidən qurulan, əsaslı təmir olunan konsert və teatr tamaşalarının, şənlik və əyləncə tədbirlərinin müasir tələblərinə uyğun təchiz edilən İvanovka kənd Mədəniyyət sarayında ilk təntənəli tədbir keçirilib.

Təsərrüfatda fəal çalışan Tatyana Minnikovanın “Poka dışu-stixi pişu” (“Nə qədər ki nəfəs alıram, şeir yazıram) adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Nikitin adına kolxozun  müşahidə şurasının sədri Olqa Jabina açıb.  O T.Minnikovanın şeir yazmağa necə başlamasından, Vətəni – Azərbaycanı, doğma  İvanovka kəndini vəsf edən, Heydər Əliyev dühasına həsr etdiyi şeirlərin yaranma prosesindən danışıb.

Müəllif kitabın ərsəyə gəlməsində və İvanovkanın inkişafında xidmətləri olan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova və millət vəkili Novruzəli Aslanova təşəkkürünü bildirib.
Novruzəli Aslanov və Mirdaməd Sadıqov çıxış edərək kitabın müəllifi T.Minnikovanın əməksevərliyindən, şeirlərinin siyasi, ideoloji, mənəvi və poetik məziyyətlərindən danışıblar. Qeyd ediblər ki, bu kitabda ümummilli lider Heydər Əliyevə məhəbbət də, ümumilikdə sevgi də, səmimi hisslər də, kövrək notlar da, əməksevərlik, müəllimə, əməkçi insanlara ehtiram da öz əksini tapıb. Ulu öndərə həsr olunan şeirlərdə cənab Prezident İlham Əliyevin şəninə yazılan hörmət və ehtiramla zəngin olan misralar da əksini tapıb.
Pensiyaçı müəllim Nadejda Jabina və İvanovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İvan Prokofyev çıxış edərək İvanovkanın ilk şairi Tatyana Minnikovaya təbriklər ünvanlayıblar.
Böyük marağa səbəb olan tədbirdə İvanovka və Azərbaycan haqqında mahnılar səslənib.
Sonda müəllif diqqət və qayğıya görə qonaqlara, tədbir iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirib, onlara xoş arzularını çatdırmaqla kitablarını hədiyyə  edib.

V.Salehov

Şərh Yaz