Sənədli film və kitab təqdimatı

15 noyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilmiş, Azərbaycanın məşhur milyonçusu, xeyriyyəçi Ağa Musa Nağıyevin vəfatının 100-cü ildönümünə həsr olunmuş “Nurlu əməllərin işığında” sənədli filmin və “Hər ömür bir tamaşa” kitabının təqdimatı keçirilib.

Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq qonaqları salamlayıb və Ağa Musa Nağıyevə həyatına həsr olunmuş filmin və kitabın təqdimatının oxucularda vətənpərvərlik hisslərinin bir daha aşılanmasına, milli dəyərlərin, duyğuların inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Sonra Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunmasi” ictimai birliyin sədri Dilarə Nağıyeva-Muxtarova çıxış edərək Musa Nağıyevin keçdiyi həyat fəaliyyəti haqqında, həm müəllifi olduğu kitabı haqqında geniş məlumat verib.

Digər çıxışçıarda belə tədbirilərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Tədbirin sonunda  Ağa Musa Nağıyevin həyat fəaliyyətinə həsr olunmuş sənədli filmə baxılıb.

G.Baxışova

Şərh Yaz