Turizmin inkişafı üçün önəmli addım

Onlarla süvarinin iştirakı ilə İsmayıllı rayonunun Qalacıq kəndi ərazisində yürüş keçirilib.

İsmayıllı rayonu ölkəmizin ən qədim tarixə malik dilbər guşələrindəndir. İlin bütün fəsillərində buraya həm xarici, həm də yerli turistlər böyük maraq göstərir.  Hazırda bu marağın daha da artırılması, rayonun beynəlxalq miqyasda əsas turizm ünvanlarından birinə çevrilməsi üçün önəmli addımlar atılır. Belə mühüm addımlardan biri də atlı yürüşü olub.

Xarici və yerli turistlərin qatıldığı atlı dəstələrlə yürüş, əsasən, rayonun Qalacıq kəndi ərazisində baş tutub. Atlılar kəndin girişindən hərəkətə başlayaraq Qalacıq şəlaləsinə kimi 3500 metr məsafəni qət ediblər. Yürüşdə həm də bölgələrimizə məxsus cins atlar nümayiş edilib. Yürüşə qatılanların əlində üçrəngli bayrağımız dalğalanıb. At çapmaq millətimizin soy-kökünün bağlı olduğu bir adət-ənənədir. Bu gün həmin ənənə bir daha davam etdirilib.

Hava şəraitinin kəskin soyuq olması, hətta qar yağması yürüşə mənfi təsir göstərməyib. Tədbir uğurla başa çatıb.

Rafiq Həsənov

Şərh Yaz