Fənlərin tədrisində prioritetlər müzakirə olunub

13 noyabr 2019-cu il tarixində E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə fəaliyyət göstərən “Dayaq məntəqəsi”nin yığıncağı keçirilib.

Rayonun digər məktəblərindən gələn dəvətli müəllimlər ilk növbədə məktəbdə yaradılmış  “Tarix-diyarşünaslıq” güşəsi ilə tanış olublar. Sonra açıq dərslər keçirilib. Dinləmələrdə ayrı-ayrı məktəblərin fənn müəllimləri iştirak ediblər.

Dərs dinləmələri müzakirələr aparılmaqla başa çatdıqdan sonra yığıncaq keçirilib.

Məktəb-liseydə görülən işlər, son təhsil uğurları haqqında “Dayaq məntəqəsi”nin sədri, məktəbin direktoru Əhmədağa Ələkbərov məlumat verib.

İsmayıllı Rayon Təhsil Şöbəsi ilə birgə E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin təşkil etdiyi qabaqcıl təcrübənin yayılması məqsədilə keçirilən açıq dərslərdən irəli gələn nəticələr şöbənin təmsilçiləri Ülviyyə Zeynalova və Sevda İsmayılovanın açıqlamalarında əksini tapıb. Müəllimlərə zəruru məsləhət və tövsiyələr verilib. Açıq dərslərin üstün və kəsir tərəfləri haqqında həmin dərslərin dinləməsində iştirak edən müxtəlif məktəblərin fənn müəllimləri öz fikirlərini bildiriblər.
Keçirilən açıq dərslərdə – X b sinfində “Dağəmələgəlmə mərhələləri” (müəllim Əminə Ağayeva), IX a sinfində “Bir ağacın hekayəsi” (müəllim Çingiz Muradlı), XI a sinfində “İrsi məlumatlar və genetik kod” (müəllim Şəmsinur Rzayeva), IX b sinfində “Xidməti proqramlar. Defraqmentləmə” (müəllim Aynurə Kərimova), VII b sinfində “Natural üstlü qüvvət daxil olan ifadələr” (müəllim Brilyand Mursalova) və II a sinfində “İsti ana qucağında” (G.Fəzli)” (müəllim Rəhilə Ələsgərova) mövzuları günün tələbləri səviyyəsində şagirdlərə çatdırılıb.

Keçirilən yığıncaqda çıxış edənlər “Dayaq məntəqəsi”nin işini və keçirilən dərslərin  səviyyəsini yüksək qiymətləndiriblər.

Ülviyyə Zeynalova

 

Şərh Yaz