Müasir təlim konsepsiyaları təlimin ana xəttini təşkil edir

Respublika Təhsil Şurası ictimai birliyinin İdarə Heyətinin üzvləri 30 noyabr 2019-cu il tarixində İsmayıllıda məktəb direktorları və qabaqcıl müəllimlərin iştirakı ilə görüş keçirib.

Görüşdə iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov  qonaqları salamladıqdan sonra İsmayıllı təhsilinin son illərdəki uğurlarından hərtərəfli söz açıb.

Təhsil Şurası İdarə Heyətinin sədri, professor Hikmət Əlizadə görüş iştirakçıları üçün 30 dəqiqəlik təlim keçib. O bildirib ki, dövlətimizin təhsil sahəsində qarşıya qoyduğu bir sıra prinsiplər, o cümlədən vətəndaşlıq tərbiyəsinin təlim prosesində yeri və müasir təlim konsepsiyaları təlimin əsas ana xəttini təşkil edir
Görüş səmimi diskussiya şəraitində keçib. Müəllimlərin maraqlı sualları cavablandırılıb.
Sonda Təhsil Şurasının sədri, professor H.Əlizadə görüşün yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə və təhsil işçilərinə dərin təşəkkürünü bildirib.

Şahin Gənciyev

Şərh Yaz