Gündəmdə olan mövzu

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Məişət zorakılığına məruz qalmış qadınların maarifləndirilməsi və hüquqi yardım göstərilməsi” adlı layihəsi çərçivəsində İsmayıllı rayonunun Mədəniyyət Mərkəzində tədbir həyata keçirilib.

Məktəb psixoloqlarının, kitabxanaların və bir sıra təşkilatlarının qadın işçilərinin iştirakı ilə keçən görüşü giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin tədbirdə iştirak edən əməkdaşı Gülər Baxışova açıb, layihənin aktuallığından danışıb.

Daha sonra layihənin məqsəd və vəzifələri barədə “Azad Həmfikirlər” GMİB-nin sədri Samirə Mustafayeva ətraflı çıxış edib. Məişət zorakılığının hüquqi və sosial aspektləri barədə layihənin ekspertləri Mətanət Əsgərova və Ruhiyyə Aslanova vacib fikirlərini açıqlayıblar.

Sonda gündəmdə olan mövzu ətrafında maraqlı müzakirələr aparılıb.

Aysu Nəcəfli

 

Şərh Yaz