Təbliğat və təşviqata start verilib

23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında keçirələcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kompaniyasına start verilib.

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi təbliğat-təşviqat  tədbirləri çərçivəsində bələdiyyə üzvülüyünə namizədliyi  Yeni Azərbaycan Partiyası tərəfindən  irəli sürülmüş namizədlərin seçki plakatlarını Seçki Məcəlləsinin tələblərinə uyğun müəyyənləşdirilmiş müvafiq ərazilərdəki lövhələrə yapışdırmaq prosesi başa çatdırılıb.

YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi tərəfindən təbliğat-təşviqat işlərinin yüksək səviyyədə təşkili üçün bütün seçki proseduraları uğurla davam etdirilir.

Rayon təşkilatı əmindir ki, seçki prosesi əvvəlki illərdə olduğu kimi, bu seçkidə də yüksək səviyyədə, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə, Seçki Məcəlləsinə və onun təlimatlarına uyğun olaraq tam şəffaf, ədalətli şəkildə keçiriləcək.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz