“Uşaq hüquqları” mövzusunda dəyirmi masa keçirilib

12 noyabr 2019-cu il tarixdə İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta  məktəbində “Uşaq Hüquqları Konvensiyası”nın qəbul  edilməsinin 30 illiyinə  həsr  olunmuş  “Dəyirmi masa” təşkil olunub. Məktəb rəhbərliyinin, müəllimlər və şagirdlərin iştirak etdiyi tədbirdə ümumi şəkildə hüquq anlayışı, uşaq hüquqları, həmin hüquqları tənzimləyən qanunvericiliklər, beynəlxalq aktlar nəzərə çatdırılıb, Cenevrə və BMT Uşaq Hüquqları bəyannamələri, Uşaq Hüquqları Konvensiyasının müddəaları təhlil edilib. Tədris ocaqlarında müəllim-şagird münasibətləri, onların qarşılıqlı hüquq və vəzifələri, həmin hüquq və vəzifələrin Azərbaycan milli dəyərlərini qoruyaraq, qanunvericiliyə uyğun həyata keçirilməsi izah olunub. Həmçinin hazırki dövrdə uşaqların öz hüquq və vəzifələrini necə bilməsi, onların tətbiq yolları, bunun üçün lazım olan şərait, bu sahədə dövrün aktual problemləri, həmin problemlərin aradan qaldırılmasının yolları müzakirə edilib.

Dəyirmi masada şagirdlərə öz hüquqları haqqıda daha geniş məlumatı məktəbin kitabxanasından da əldə edə  biləcəkləri barədə bilgi verilib. Sonda uşaq hüquq və azadlıqları barədə şagirdlərə suallar verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Məhbubə Nəbiyeva,

İ.Həsənov adına İsmayıllı şəhər bir nömrəli tam orta məktəbin kitabxanaçısı

 

Şərh Yaz