Ağacəkmə davam etdirilir

Payızın son ayı ağac əkini üçün çox əlverişli vaxtdır. Mütəxəssislər noyabr ayında əkilən ağacların əksərinin bitmə ehtimalı olduğunu söyləyirlər.  Bu səbəbdən əlverişli hava şəraitindən istifadə edərək, ətraf mühitin mühafizəsi istiqamətində yaşıllaşdırma tədbirlərinin aparılması rayonumuzda ənənəvi hal alıb. Son illərdə rayondan keçən respublika əhəmiyyətli avtomobil yollarının kənarlarında, həmçinin şəhər və kəndlərin ərazilərində çoxlu sayda ağac və gül kolları əkilib.
Belə tədbirlər sırasından olan ağacəkmə işlərinə start verilib. Belə ki, İsmayıllı şəhərinin cənub girişində Heydər Əliyev prospekti boyunca idarə və təşkilatlardan bəzilərinin iştirakı ilə aqrotexniki qaydalara uyğun olaraq mindən artıq ağac əkilib. Yaşıllıq zolağının mühafizəsi və əkilən ağaclara qulluq işləri nəzarətə götürülüb. Ağacəkmə işləri davam etdirilməkdədir.

İsmayıllı xəbərləri”

Şərh Yaz