Beynəlxalq yarışa hazırlıq çərçivəsində açıq rayon birinciliyi keçirilib

7 dekabr 2019-cu il tarixdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq və Sumqayıt şəhərində keçiriləcək Beynəlxalq cüdo yarışına hazırlıq çərçivəsində İsmayıllının Kürdmaşı kəndində İsmayıllı, Ağsu, Qəbələ, Şamaxı, Qobustan rayonları və Bakı şəhər cüdoçularının iştirakı ilə açıq rayon birinciliyi keçirilib.
Tədbirin təşkilatçıları Rayon Gənclər və İdman İdarəsi, İsmayıllı Olimpiya-İdman Kompleksi, Kürdmaşı bələdiyyəsi və Kürdmaşı kənd İnzibati Ərazi Dairəsi üzrə  nümayəndəliyi olub. Təşəbbüsü irəli sürən bələdiyyə və nümayəndəlik yarışın keçirilməsi üçün də öhdəsinə düşən bütün təşkilati işləri görüb və lazımi şəraiti yaradıb.  Sevindirici haldır ki, bu iki təşkilatın birgə fəaliyyəti digər bələdiyyə və icra nümayəndəlikləri üçün də idmana qayğı nümunəsinə çevrilib.

Təşkilatçı qurumların rəhbərlərinin bilavasitə iştirak etdiyi açıq birincilikdə İsmayıllı komandası birinci olub. Qobustan və Qəbələ komandaları müvafiq olaraq ikinci, üçüncü yerlərə sahib olublar. Beynəlxalq turnirdə iştirak hüququ qazanan qaliblərə tutduqları yerlərə görə medallar və Fəxri fərmanlar verilib.

R.Rəcəbov

 

Şərh Yaz