Yaddas kitabcasi

“Azərbaycan təbiəti gözəldir” adlı ekskursiya

Tədris müəssisələrində keçirilən materialların mənimsənilməsində ekskursiyalar müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan İsmayıllı rayon Lahıc qəsəbə tam orta məktəbində coğrafiya müəllimi Namiq Ağaməmmədovun təşəbbüsü şagirdlərin maraq və motivasiyalarının təmin olunmasında mühüm rol oynayır.

Qeyd etməliyəm ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəsəbədə inşa etdirilən, müasir standartlara cavab verən məktəb həm müəllimlərə, həm də şagirdlərə xüsusi stimul verir və işə həvəsləndirir. Belə əyani dərslərdən biri də görkəmli coğrafiyaçı-torpaqşünas alim, akademik Həsən Əliraza oğlu Əliyevin əziz xatirəsinə həsr olunmuş Azərbaycan təbiəti gözəldir“ adlı ekskursiyadır. Bu məqsədlə, məktəbin bir qrup fəal şagirdi ilə birlikdə Girdimançaya edu-tur təşkil olundu. Coğrafiya müəllimi Namiq Ağaməmmədov şagirdlərə məlumat verdi ki, çayın uzunluğu 88 km., hövzəsinin sahəsi 727 km²-dir. Başlanğıcını Babadağ aşırımının 1 km cənub-şərqindən (2900 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. İllik axımı qar (24%), yağış (39%) və yeraltı (37%) sulardan əmələ gəlir. Orta illik su sərfi 4,20 ml/san-dir. Axımının 36%-i yazda, 25%-i yayda, 24%-i payız-da, 15%-i isə qışda keçir. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) keçən axın illik axımın 15%-ni təşkil edir. Çayda ən çox su yaz-yay daşqını dövründə müşahidə edilir. Daşqın dövründə keçən su sərfi orta illik su sərfindən 15-20 dəfə çox olur. Çayda ən az su (4-6%) yanvar-fevral aylarında keçir. Daşqın dövründə əhaliyə və təsərrüfata böyük ziyan dəyir.

Edu-tur video-dərs kimi çəkilmiş və https://www.youtube.com/watch?v=3bplAhrvnjI&t=95s kanalında yerləşdirilmişdir.

Namiq Ağaməmmədov,

Lahıc qəsəbə tam orta məktəbinin müəllimi

 

Şərh Yaz