Yaddas kitabcasi

Nəsimi – 650

29 noyabr 2019-cu il tarixdə İsmayıllı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Uşaq Gənclər İnkişaf  Mərkəzinin  iclas zalında Azərbaycan xalqının böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə növbəti tədbir keçirilib.

Tədbirdə RTŞ-nin müdiri Rasim Orucov, şöbənin əməkdaşları, rayonun əksər ümumtəhsil məktəblərindən müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə RTŞ-nin metodisti Ülviyyə Zeynalova açıb, tədbirin keçirilmə əhəmiyyətindən danışıb.

Dahi şairin həyat və yaradıcılığı haqqında məllumatları Diyallı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, şair Oqtay İsmayıllı tam genişliyi ilə diqqətə çatdırıb. Şagirdlər şairin yaradıcılığından qəzəlləri, şeir parçalarını sevə-sevə ifa ediblər.

RTŞ-nin müdiri R.Orucov tədbirin hazırlanmasında xüsusi fəallıq göstərmiş Təzəkənd kənd tam orta, İsmayıllı şəhər 1nömrəli tam orta, 3 nömrəli məktəb-liseyin şagirdlərini təbrik edib. Tədbirin hazırlanmasında  şagirdlərə kömək göstərmiş Təzəkənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mənsurə Ələkbərovaya dərin təşəkkürünü bildirib.

Sonda şagirdlərə RTŞ-nin diplomları və hədiyyələr təqdim edilib.

Sevda İsmayılova,

RTŞ-nin metodisti

Şərh Yaz