Yaddas kitabcasi

Növbəti nümunəvi dərs

27 noyabr 2019-cu il tarixində İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində coğrafiya müəllimi Ruhiyyə Camaləddinovanın VI  “A” sinfində “Vulkanlar və qeyzerlər” mövzusunda açıq – nümunə dərsi dinlənilib.

Dərsdə rayonun müxtəlif məktəblərindən coğrafiya müəllimləri, valideynlər iştirak ediblər. Müasir təlim metodları və İKT ilə keçirilən dərs hamının marağına səbəb olub.
Dərsin sonunda qonaqlar keçirilmiş dərs barəsində fikirlərini açıqlayıblar.  Məktəb direktorunun tədris işləri üzrə müavini Aynur Əzimova çıxış edərək müəllimi və şagirdlərini uğurlu dərs münasibətilə təbrik edib, müəllim R.Camaləddinovaya gələcək işlərində də müvəffəqiyyətlər arzulayıb.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz