Psixologiya ilə əlaqəli seminar

28 noyabr 2019-cu  il tarixdə İsmayıllı Rayon Təhsil  Şöbəsinin akt zalında Azərbaycan Respublikası Təhsil nazirinin F-18 nömrəli əmrinin 4.10., 4.11. bəndlərinin məktəblərdə fəaliyyət göstərən psixoloqlar tərəfindən planlı şəkildə icrası ilə tanış olmaq məqsədi ilə  seminar keçirilib.

Seminarda İsmayıllı Rayon Təhsil Şöbəsi Metodik Kabinetinin direktoru Şahin Gənciyev, Təhsil Şöbəsinin nümayəndələri Rəna Mirzəliyeva, Ruslan Kamilov, eyni zamanda Rayon İcra Hakimiyyətinin psixoloqu Bəhruz Xələfov, İsmayıllı Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, məktəblərdə fəaliyyət göstərən psixoloq və uşaq birliyi rəhbərləri iştirak ediblər.

Seminarda Psixoloji-tibbi-pedaqoji komissiyanın sədri Ruslan Kamilov “Risk qrupuna daxil olan şagirdlərlə aparılan işlər haqqında” mövzu ilə bağlı məruzə  edib.

Qubaxəlilli  kənd tam orta məktəbinin psixoloqu Famil Səfərovun “Məktəb psixoloqlarının fəaliyyət istiqamətləri” mövzusunda çıxışı da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəzri  Muradov,

müəllim

 

Şərh Yaz