Təbrik

Pənahov  Orxan Şahlar oğlu İsmayıllı şəhər 6 nömrəli  tam orta məktəbinin şagirdidir. O, bir neçə gün əvvəl “İctimai TV”-də yayımlanan “Əlaçı” yarışmasının qalibi adını qazanıb. Bu uğur  Orxanın öz doğum gününə etdiyi ən dəyərli hədiyyədir.

Qazanılan qləbə və 17 yaşının tamamlanması münasibəti ilə babası Qasım, nənəsi Yamən, dayısı Cümşüd ailəliklə Orxanı təbrik edir, ona möhkəm can sağlığı, təhsildə və həyatda davamlı uğurlar arzulayırlar.

“İsmayıllı xəbərləri” qəzetinin yaradıcı heyəti də bu təbriklərə qoşulur.

 

Şərh Yaz