Sülh və əmin-amanlıq əbədi olsun

AZƏRTAC Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə rəsmi “İnstagram” səhifəsində paylaşım etdiyini xəbər verir.

Paylaşımda deyilir: “Bu gün – 17 Noyabr – birlik və həmrəylik, Vətənə və milli dövlətçiliyə sədaqət kimi nəcib hissləri təcəssüm etdirən Milli Dirçəliş Günüdür. Bu bayram münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir soydaşımıza can sağlığı, sevgi və səadət arzulayıram! Qoy xalqımızın həmrəyliyi, dövlət müstəqilliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!”

AZƏRTAC,

Bakı, 17 noyabr 

Şərh Yaz