Daha böyük uğurlar üçün zəmin var

Ölkəmizdə hər il noyabr ayının ilk günü Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Əlamətdar günü yüksək əmək göstəriciləri ilə qarşılayan kənd təsərrüfatı işçiləri bu il də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun, RİH və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Respublika Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumları işçilərinin və fermerlərin iştirakı ilə əvvəlcə  ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Ziyarətdən sonra tədbir “Qala” şadlıq sarayında davam etdirilib.
İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev tədbiri açaraq ötən bayramdan keçən müddət ərzində kənd təsərrüfatı işləri üzrə rayonda görülmüş işlər barəsində geniş məlumat verib.
RİH başçısının müavini Mahmud Süleymanov çıxış edərək rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından kənd təsərrüfatı işçilərini təbrik edib, kənd təsərrüfatı sahəsində qazanılan uğurlardan, bu sahənin perspektiv inkişafında diqqətdə saxlanılmalı məsələlərdən danışıb.
Nikitin adına kolxozun Müşahidə Şurasının sədri Olqa Jabina, fermer Sədyar Səmədov çıxış edərək kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbəri cənab  İlham Əliyevə  minnətdarlıq ediblər. Yaradılan şəraitin daha böyük uğurlar üçün zəmin olduğunu bildiriblər.
Təsərrüfatda fərqlənənlərdən  bir qrupu rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunub.

Tədbirin bədii hissəsini “Niyal” xalq çalğı alətləri ansamblı üzvlərinin çıxışları təşkil edib.

Ş.Soltanov

 

Şərh Yaz