Qışa hazırlıq müzakirə olunub

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında oktyabr ayının 31-də  Şura iclası keçirilib. İclasda cari ilin payız, 2020-ci ilin qış mövsümünə hazırlığın gedişi ilə bağlı idarə, müəssisə və təşkilatlarda görülmüş işlər və  qarşıda duran vəzifələr müzakirə edilib.
RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov sözügedən məsələdə mövcud durumu əks etdirən arayışı iclas iştirakçılarının diqqətinə çatdırıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qışa hazırlıqdan irəli gələn məsələlərdən ətraflı danışıb. Məsələnin sürətli həlli üçün tövsiyə və tapşırıqlarını verib.

Xidməti idarələrin – İsmayıllı Elektrik Şəbəkəsi, İsmayıllı Su-Kanal İdarəsi, İsmayıllı Kommunal Müəssisələri Kombinatı və məsələyə aidiyyəti olan digər müəssisələrin rəsmiləri payız-qış mövsümünə hazırlıq vəziyyəti və qarşıda duran vəzifələrdən danışıblar.
Şura iclasında qışa hazırlıq geniş və ciddi şəkildə müzakirə olunub. Fəaliyyətində gerilik, nöqsan olan idarələrin rəhbərləri tənqid olunublar. Onlara çatışmazlıqların qısa müddətdə aradan qaldırılması istiqamətində tapşırıqlar verilib. Müzakirələrin sonunda görüləcək işləri müəyyənləşdirən qərar qəbul edilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz