Növbəti nümayəndə günü keçirilib

Rayon İcra Hakimiyyəti başçısı aparatının həftəlik tədbirlər planına uyğun olaraq növbəti “Nümayəndə günü”  rayonun Heydər Əliyev Mərkəzində keçirilib. RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakçıları olan İƏD nümayəndələri və bələdiyyə sədrlərini gündəlikdə duran məsələlərlə tanış edib.
R.Səmədov İƏD üzrə nümayəndəliklərdə təsərrüfatbaşına uçot kitablarının işlənməsindən və bunun ərazi üzrə geniş təhlillərin aparılmasına imkan verəcək səviyyəyə çatdırılmasının əhəmiyyətindən danışıb.  O, həmçinin Nəsiminin 650 illik yubileyi münasibəti ilə keçiriləcək ağac əkini kompaniyasının qarşıya qoyduğu vəzifələrdən söz açıb. Gündəliyə çıxarılan məsələlərlə bağlı İƏD üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə tapşırıq və tövsiyələr verib.
“Nümayəndə günü”ndə RİH başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndə Məhərrəm Əhmədov, Basqal qəsəbə İƏD üzrə nümayəndə Novruz Əsədov, Qubaxəlilli kənd İƏD üzrə nümayəndə Yaşar Calalov çıxış edərək icra olunacaq məsələlər barədə fikirlərini açıqlayıblar.
“Nümayəndə günü” iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

E.Manafov

 

Şərh Yaz