Yaddas kitabcasi

Seçkidə ilk dəfə səs verən gənclərlə görüş

Həyat inkişafdadır. Körpələr böyüyür, yeniyetmələr gəncləşir, vətəndaşlıq qazanır. Həddi-buluğa çatmaqla qazanılan hüquqlardan biri də səsvermədir. İlk dəfə seçkilərə qatılan gənclərlə  24 oktyabr 2019-cu il tarixdə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İlk dəfə səs verən gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində görüş keçirilib.
Birliyin sədri Samirə Mustafayeva layihədən irəli gələn, qarşıda duran vəzifələrlə, eləcə də seçkilərin keçirilməsi ilə bağlı məqamlardan danışıb.
Layihə üzrə təlimçi-ekspert Mətanət Əsgərova və Ruhiyyə Aslanova ilk dəfə səs verənlərin seçki prosesinə qatılmalarını və bu prosesdə fəallıq göstərməyi tövsiyə ediblər. Gənclərə seçkilərdə iştirakın vacibliyi və əhəmiyyətlərini izah edən maarifləndirici təlim-seminar keçirilib.

Tədbirdə iştirak  edən İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov çıxışında  gəncləri seçkilər prosesində fəal iştiraka dəvət edib.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz