Birinci toplu

“İsmayıllı Yazarları” ədəbi-ictimai birliyin təşəbbüsü ilə “Qalan əməl, söz olacaq” adlı toplu işıq üzü görüb. Birliyin üzvü, toplunun ideya müəllifi və tərtibçisi Elnarə Günəş, redaktoru, şair-publisist Şahməmməd Dağlaroğludur.

Davamı gözlənilən toplunun birinci buraxılışında əksəriyyəti İsmayıllı rayonundan olan, ziyalılar, söz və iş adamları haqqında məlumatlar daxil edilib. Toplunun bədii yazılar bölməsində İsmayıllı yazarlarından bir qrupunun qələm nümunələrinə yer verilib.

Toplunun növbəti buraxılışının da “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin fəalları tərəfindən hazırlanması nəzərdə tutulub. Məqsəd bölgənin və ətraf rayonların qələm sahiblərini, onların əsərlərindən nümunələri, eləcə də çalışdığı sahənin fəalları olan insanları ictimaiyyətə tanıtmaqdır.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz