“İradənlə qalib gəl” devizi altında tədbir

Noyabr ayının 1-də Gənclər və İdman Nazirliynin dəstəyi ilə İsmayıllı Olimpiya-İdman Kompleksində  “İradənlə qalib gəl” devizi altında “Açıq qapı” günü keçirilib. Tədbir Dövlət Bayrağı Gününə həsr edilib.
Gənclərin sağlamlığını, asudə vaxtını təmin  edən bu kimi səmərəli tədbirlərin təşkili həm də müxtəlif idman növləri üzrə güclülərin aşkarlanması məqsədini daşıyıb.
Tədbirin proqramına uyğun olaraq, müxtəlif idman növləri üzrə ustad dərslərini Respublika, Avropa və Dünya çempionları, tanınmış məşqçilər keçiblər. Cüdo üzrə əməkdar məşqçi Əkbər Şəfaqətov, karate üzrə 5-ci Dan qara kəmər sahibi, dünya çempionu Bayram Qəhrəmanov, karate üzrə baş məşqçi 5-ci Dan qara kəmər sahibi, Avropa üçüncüsü Anar Həsənov, Fəxri bədən tərbiyəsi və idman işçisi Nəriman Alıyev, cüdo üzrə idman ustası Nazir Əkbərov, cüdo üzrə Fəxri bədən tərbiyəsi və idman işçisi Bəhman Əkbərov, qol güləşi üzrə baş məşqçi Vüsal Qəzənfərov, ağır atletika üzrə məşqçi Vüsal Ağayev, futbol üzrə baş məşqçi Tərlan Vahidov keçdikləri dərslərin səmərəliliyi üçün səy göstəriblər. İdmançılar tərəfindən maraqla dinlənilən ustad dərsləri günün sonunadək davam edib. İştirakçılar bu qəbildən olan tədbirlərin vaxtaşırı keçirilməsinin əhəmiyyətli ola biləcəyini qeyd ediblər.

 “İsmayıllı xəbərləri”

 

Şərh Yaz