Tələblər tezliklə reallaşacaq

Oktyabrın 11-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Namazgah kəndində sakinlərlə sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı görüş-qəbul keçirib.

Kənd sakinləri ilə görüşdə başçı ilə yanaşı, rayonun bir sıra xidmət idarələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edib. Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub. M.Sadıqov çıxışında, ölkədə, eləcə də rayonda əldə olunan nailiyyətlərdən danışıb.

Kənd sakinlərinin çıxışlarında  telefon xətlərindəki nasazlıq, internetin olmaması, kənddaxili yolların təmir edilməsinə ehtiyac olduğu diqqətə çatdırılıb. Bununla bərabər onlar kəndə təbii qaz verilməsinə, son vaxtlar rayonda baş verən müsbət dəyişikliklərə görə razılıqlarını bildiriblər.

Başçı M.Saıdqov kənd sakinlərinin səsləndirdiyi problemlərin həlli, işsizliyin aradan qaldırılması ilə əlaqədar tövsiyə və göstərişlərini verib.  Bildirib ki, mövcud problemlərin həlli üçün ilk növbədə zaman lazımdır. Digər həllini tapmış məsələlər kimi, bügünkü tələblər də tezliklə reallaşacaq.

Ş.Soltanov

Şərh Yaz