Beynəlxalq Ahıllar Günü qeyd olunub

Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qayğısı ilə əhatə olunan bütün ölkə vətəndaşlarının sırasında ahılların, qocaların, veteranların həyat şəraitinin zənginləşdirilməsinə xüsusi önəm  verilir. 01 oktyabr 2019-cu il tarixdə Rayon İcra Hakimiyyətinin təşkiltaçılığı və dəstəyi ilə 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə rayonunun ictimai-siyasi həyatında fəallıq göstərmiş ahıllar və şəhid valideyinləri ziyarət olunub.
Ahılları RİH başçısının müavini S.Əhmədova, YAP İsmayıllı rayon təşkilatı aparatının, Ailə, Qadın və Uşaqlara Dəstək Mərkəzinin, RTŞ-nin əməkdaşları, ictimai fəallar ziyarət edib, onların problemləri ilə maraqlanıblar. Ahıllar günü münasibəti ilə ziyarət olunan ailələrə ərzaq bağlamaları verilib, hədiyyələr təqdim olunub.

İsmayıllı xəbərləri”

Şərh Yaz