Məqsəd vətənpərvərlik aşılayan tarixi öyrənmək olub

Oktyabr ayının 14-də  İsmayıllı Peşə Tədris Mərkəzində rayon Gənclər və İdman İdarəsi və İsmayıllı İntelektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə gənclər arasında Azərbaycanın müstəqilliyinə həs olunmuş Breyn-Rinq intelektual oyunu keçirilib.

Tədbirdə İsmayıllı Peşə Tədris Mərkəzi və rayon məktəblərinin şagirdləri, İsmayıllı Humanitar və Texnologiya Kollecinin tələbələrindən ibarət komandalar iştirak edib.
Oyunun keçirilməsində məqsəd gənclərə müstəqilliyimizlə bağlı daha çox məlumat vermək, onların intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etmək olub.
Tədbiri giriş sözü ilə İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov açıb. Tədbirdə iştirak və çıxış edən İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov iştirakçıları salamlayaraq, gənclərə Azərbaycanın Dövlət Müstəqilliyi haqqında geniş məlumat verib,  yarışan komandalara uğurlar arzulayıb.
13 komandanın iştirakı ilə keçən oyunda birinciliyi İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin “Error – 2“ komandası qazanıb. İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin “Təfəkkür” komandası ikinci olub. Üçüncü yerə sahib olmaq isə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin “Bumeranq” komandasına nəsib olub. İnterllektual oyunun qalibi olan komandalara İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri təqdim olunub.

E.Məmmədli

Şərh Yaz