Bələdiyyə sədrləri üçün seminar keçirilib

18 oktyabr 2019-cu il tarixdə rayonun Uşaq kitabxanasında İsmayıllı  Rayon İcra Hakimiyyətinin və Göyçay Regional Ədliyyə İdarəsinin təşkilatçılığı ilə bələdiyyə sədrləri üçün seminar keçirilib.

Tədbirdə RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Ehtiram Manafov, Göyçay Regional Ədliyyə İdarəsinin məsul işçisi, ədliyyə kapitanı Sahib Nağıyev və rayon bələdiyyələrinin sədrləri iştirak ediblər.

E.Manafov seminar iştirakçılarını 18 Oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibəti ilə təbrik edib və seminarın keçirilməsinin vacibliyindən danışaraq işinə uğurlar arzulayıb.

İsmayıllı bələdiyyə Sədrləri Şurasının sədri Pərviz Ağayev seminar iştrakçılarını gündəlikdə duran məsələlərlə tanış edib.

Göyçay Regional Ədliyyə idarəsinin məsul işçisi Sahib Nağıyev gündəlikdəki məsələlər – yerli özünüidarəetmə orqanlarında etik davranış qaydaları, yerli büdcənin tərtibi, qəbulu və icrası, bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri, strateji yol xəritəsində bələdiyyələrin iştirakı, qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın və arxiv işinin təşkili barədə geniş məlumat verib.

Yekunda yığıncaq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

E.Manafov

 

Şərh Yaz