Əhalinin siyahıyaalınması yekunlaşıb

İsmayıllı Rayon Statistika İdarəsi siyahıyaalmaya hazırlıq dövründə təbliğat xarakterli şüar və plakatlardan, digər əyani vəsaitlərdən məqsədyönlü şəkildə istifadə etməklə bu mühüm dövlət tədbirini mütəşəkkil və operativ şəkildə vaxtında həyata keçirib. Zamanında işlənmiş şəhər, qəsəbə və kənd ərazi dairələri üzrə sxematik xəritələr, dəqiqləşdirilmiş ərazi və küçə adları sayıcıların işini xeyli asanlaşdırıb.

Dövlət Statistika Komitəsi tərəfindən verilən tapşırıq və tövsiyələr, təlimat və metodiki göstərişlər siyahıyaalmanın həyata keçirilməsində əsas rol oynayıb. Hazırlıq mərhələsində ərazi icra nümayəndələrin, yerli bələdiyyələrin, təlimatçıların və sayıcıların iştirakı ilə keçirilən çoxsaylı seminarlar öz müsbət nəticəsini verib.

Rayon Statistika İdarəsinin rəisi Əziz Əzizov bildirib ki, bu siyahıyaalma ev təsərrüfatlarının təşkili haqqında toplanan məlumatlar insanların mənzil-məişət şəraitində baş verən yeniliklərə, əhalinin məşğulluq statusuna, gəlir mənbələrinə, təhsil səviyyəsinə və digər sahələrə dair bir çox sosial-iqtisadi göstəricilər əldə etməyə imkan verir. Ümumilikdə, rayon əhalinin siyahıyaalması müvəfəqiyyətlə həyata keçirilib.

Hacıməmməd Məmmədov

 

Şərh Yaz