Könüllü tibbi müayinə

“ALFA” klinikasının bir qrup yüksək ixtisaslı, təcrübəli həkimi könüllü olaraq Lahıc qəsəbəsinin sahə xəstəxanasında əhalinin təmənnasız tibbi müayinəsini keçirib.
Klinikanın tibb heyəti ilə birgə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının həkimləri də Lahıc qəsəbə sakinlərinin  müayinədən keçirilməsi aksiyasında iştirak ediblər. Xeyriyyə qrupu 150 nəfərdən çox qəsəbə sakinini qəbul edib və tibbi müayinələr aparıb.

Müayinədə iştirak edənlərin 8 nəfərinə ciddi müalicəyə ehtiyaclı olması səbəbindən paytaxtın uyğun tibb müəssisələrinə göndəriş verilib. Sakinlərin bir qisminin isə stasionar və ambulator müalicəsinə ehtiyacı olduğu müəyyənləşdirilib.

Qəsəbə xəstəxanasındakı mövcud imkanlar həkimlərin normal iş şəraiti üçün faydalı olub.   Müayinədən keçən sakinlər “ALFA” klinikasının həkim heyətinə, baş həkimi Aygün Süleymanovaya, bu xeyirxah təşəbbüsün icrasında əməyi olanlara  minnətdarlıq və təşəkkür ediblər.

Rafiq Həsənov

Şərh Yaz