Təbiət qorunur, işsizlik aradan qaldırılır

18 oktyabr 2019-cu il tarixdə İsmayıllı rayonunda Almaniya Beynəlxalq Əməkdaşlıq təşkilatı (GİZ), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dağlıq ərazilərdə torpaq eroziyasının inteqrasiyalı idarə olunması” mövzusunda iki günlük konfrans keçirilib.

Adı çəkilən layihə İsmayıllı rayonunun Əhən kəndi ərazisində uğurla həyata keçirilir. Layihədə nəzərdə tutulan işlər ərazidə ətraf mühitə müsbət təsir göstərməkdədir. Layihə həmçinin yerli əhalinin gəlir mənbəyi olan yabanı bitkilərin toplanması, arıçılıq, turizm və s. bu kimi gəlir mənbələrini reallaşdırmaqdadır.

Ərazidə əkilən ağaclar isə eroziyanın qarşısını almaq üçün olduqca əhəmiyyətlidir.

Konfransın region üzrə keçirilməsi onu göstərir ki, qonşu rayonlarda da bu cür problemlər yaşanmaqdadır və  oxşar layihələrin digər rayonlarda da tətbiqi faydalı olar.

Konfransın gedişində maraqlı müzakirələr aparılıb. Müzakirələrdə nazirliklərin, yerli icra hakimiyyətlərinin,  beynəlxalq təşkilatların, universitetlərin, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Konfransın gedişində İsmayıllı Rayon İcra Hakimiyyətini Şahin Hüseynov təmsil edib.

Ş.Soltanov

 

Şərh Yaz