Nəsimiyə həsr olunmuş tədbir

Oktyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə “Ziyalı Ocağı” ictimai birliyinin təşkilatçılığı ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Nəsimi ili” çərçivəsində tələbələrlə görüş keçirilib. Görüşün mövzusu “İmadəddin Nəsiminin fəlsəfi fikir tariximizdə yeri və rolu”na həsr olunub. Kollecin müəllim kollektivi və tələbə heyəti tərəfindən rəğbətlə qarşılanan tədbir qarşılıqlı disskusiya formatında reallaşlb.

Tədbiri giriş sözü ilə açan “Ziyalı Ocağı” ictimai birliyinin sədri İlahə Əliyeva çıxışını “İmadəddin Nəsiminin fəlsəfi fikir tariximizdə yeri və rolu” mövzusu üzərində qurub. O bildirdi ki, “Nəsimi yaradıcılığı fəlsəfi məqamların üstündə qərar tutub dayanan, öz gücünü və qüdrətini bu günümüzədək özündə saxlayan və cümlə aləmin böyük sevgi, rəğbəti ilə qarşılanan bir aləmdir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Ağasəf İmran Nəsiminin hürufiliyə, sufizmə dair baxışlarından bəhs edib.

İctimai birliyin idarə heyətinin sədri İslam Mahmudov  çıxışında İmadəddin Nəsiminin bu gün də şair və yazıçılarımız üçün bir örnək, bir məktəb olduğunu vurğulayıb.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tədris işləri üzrə direktor müavini İbrahim Əhmədov bu tədbirlərin keçirilməsinin vacibliyi və əhəmiyyətindən danışıb. Xalqımızın qürur yeri olan bu dahi şəxsiyyətlərin xatırlanması ilə bağlı keçirilən tədbirlərin gənclərimizin təlim-tərbiyəsində, eləcə də, onların formalaşmasında xüsusi rol oynadığını deyib.

Kollecin müəllimi Mövlud Ağayev çıxışında bildirib ki, İmadəddin Nəsimi bütün dövrlərin sevilən şairlərindəndir. Onun xatirəsi bu gün də böyük sevgi ilə anılır, minnətdarlıq hissi ilə qarşılanır. İmadəddin Nəsimi Şirvan elinin yetirməsidir. Biz şərqdən qərbədək – bütün dünyanı tutan bu böyük şəxsiyyətlə qürur duyur, fəxr edirik.

İsmayıllı xəbərləri”

Şərh Yaz