Yaddas kitabcasi

Müstəqilliyimiz əbədilik qazanıb

18 Oktyabr – Milli Müstəqillik Günü münasibəti ilə Qalacıq kənd tam orta məktəbində tədbir keçirilib.

Tədbiri məktəbin tarix müəllimi Samir Nizamlı açıb. O bildirib ki, artıq Azərbaycanın dövlət müstəqilliyinin bərpa etməsindən 28 il ötür. Azərbaycan çətinliklərə baxmayraq, 1991-ci ilin oktyabr ayının 18-də müstəqilliyin yenidən bərpa edib, özünün suveren dövlətini yaradıb. Ancaq zamanın axarı ölkəmizi daha böyük sınağa çəkib. Çətinliklər bahasına əldə etdiyimiz müstəqilliyimiz bir müddət daxili çəkişmələr və xarici qüvvələrin müdaxiləsi nəticəsində təhlükə ilə üz-üzə qalıb. Böyük siyasi təcrübəyə malik ümummilli lider Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə tamamilə sovuşdurulub. Müstəqilliyimiz möhkəmlənib və əbədilik qazanıb.

Sonra məktəb şagirdlərinin ifasında tarixi günə həsr edilmiş bədii proqram nümayiş etdirilib.

Elnarə Qasımova

 

Şərh Yaz