Minnətdarlıq

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

 

Hörmətli Mirdaməd müəllim!

Topçu kəndində yerləşən həyətyanı torpaq sahəmin üzərindən yüksək gərginlikli elektrik xətti keçdiyindən orada fərdi yaşayış evi tikə bilmirdim. Bu barədə dəfələrlə aidiyyəti idarələrə müraciət etmişdim. Müraciətlərim nəticəsiz qalırdı. 21 avqust 2019-cu il tarixdə qəbulunuzda oldum, dərdimi  sizə dedim.  Göstərişinizlə iki gün müddətinə məsələ həllini tapdı, elektrik xətti həyətimdən kənarlaşdırıldı.

Hazırda  yaşayış evində tikinti işləri aparılır. Oğlum, gəlinim və nəvələrimlə sevinc içindəyəm.

Problemə çevrilmiş işdə ailəmizə etdiyiniz köməkliyə görə minnətdarlığımı bildirir, ailənin hər bir üzvü adından Sizə can sağlığı, rayonumuzun  inkişafı naminə fəaliyyət uğurları arzulayıram.

Firuzə Səmədova,

Topçu kənd sakini

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

 

Hörmətli Mirdaməd müəllim!

 

Ölkədə, xüsusilə də doğma İsmayıllımızda gedən quruculuq işlərinin sevincini yaşamaq olduqca xoşdur.

Bu günlərdə yaşadışımız binanın qarşısında 3 mərtəbəli, 100 yerlik uşaq bağçasının açılışı bizi hədsiz dərəcədə sevindirdi. Bağça binasının tikintisi ilə bərabər ətrafında yaradılan səliqə-sahman çoxdankı arzumuz idi.  Xoşdur ki, xüsusi zövqlə tikilmiş bağçadan, həmçinin ətrafında yaradılan rahat şəraitdən könül xoşluğu ilə istifadə edəcəyik.

Yaradılan şəraitə görə ölkə Prezidenti İlham Əliyevə, bağçanın açılışında şəxsən iştirak edən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də sizə minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə:

İsmayıllı şəhəri, Vahab Osmanov küçəsi, ev 1-də yaşayan sakinlərdən bir qrupu

 

 

Şərh Yaz